Modern.az

Elza Seyidcahana deputat olmağı məsləhət görən adam DANIŞDI: “Mən ona tövsiyyə etdim ki...”

Elza Seyidcahana deputat olmağı məsləhət görən adam DANIŞDI: “Mən ona tövsiyyə etdim ki...”

26 Dekabr 2014, 15:40


Bir neçə gündür mətbuat müğənni Elza Seyidcahanın  deputatlığa iddiasından yazır. Bu iddia hətta onunla eks-deputat Əhəd Abıyev arasında qalmaqala da səbəb olub.
Modern.az-ın məlumatına görə, Elzanın deputatlığa iddiası barədə daha bir maraqlı açıqlamanı keçmiş millət vəkili Nazim Məmmədov verib. O, Facebook-da bu haqda belə yazıb:

“Facebook dostlarıma bir sirr açım: 2009 ya da 2010-cu ildə Tovuzda hansısa səfirin gəlişi ilə bağlı tədbir var idi, müğənni Elza Seyidcahan da orada idi. Tovuzun yerli TV-də də çıxış etdi. Səhərisi gün Şəhidlər Xiyabanını da ziyarət etdik və Elza xanımın mənimlə söhbətləşmək imkanı oldu.
Mən də ona tövsiyyə etdim ki, növbəti səçkilərdə deputatlığa namizədliyini versin. O da etiraf etdi ki, tanınmış millət vəkillərindən biri ona kömek edəcək. Məsələ ciddiyə getdiyinə görə, mən soruşdum ki, Yasamal rayonundan namizəd olacaq? Dedi yox, Xızı rayonundan...”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI