Modern.az

Validə Tutayuqun 100 illiyi qeyd olundu - FOTOLAR

Validə Tutayuqun 100 illiyi qeyd olundu - FOTOLAR

Təhsil

26 Dekabr 2014, 16:45

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın Validə Tutayuqun 100 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Modern.az-ın məlumatına görə, konfransda iştirak edən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, eləcə də digər qonaqlar tərəfindən akademikin Azərbaycan elminə verdiyi töhfələrdən geniş söhbət açılıb və yaradıcılığı ilə çəkilən filmə baxılıb.

Bayram Səfərov qeyd edib ki, ali məktəblərdə, müxtəlif təşkilatlarda Validə Tutayuqun yubileyi ilə bağlı mərasimlər keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


Ulduz İbrahimova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu