Modern.az

Bakı şəhərinin problemli əraziləri yenidən qurulacaq

Bakı şəhərinin problemli əraziləri yenidən qurulacaq

Ölkə

23 Avqust 2010, 18:04

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin ərazilərinin regenerasiyası ilə bağlı layihə hazırlayır. Komitədən verilən məlumata görə, bu layihənin həyata keçirilməsində məqsəd Bakı şəhərinin problemli ərazilərindən birinin dünya təcrübəsi baxımından dürçəldilməsinin (yenidən qurulub abadlaşdırılması) sxematik və konseptual həlli variantının hazırlanmasından ibarətdir.

Komitədən Modern.az-a bildirlib ki, layihənin hazırlanmasına rəhbərlik Dünya Bankı tərəfindən ingiltərəli tanınmış memar Zəki Qiyasiyə etibar edilib. Buxara şəhərində anadan olmuş, əslən tacik olan Z.Qiyasi hazırda «McBains Cooper» Şirkətində çalışır. Dünyanın beş ölkəsində öz ofisi olan bu şirkətin 200-dən çox əməkdaşı var və şəhər ərazilərinin dirçəldilməsi layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübəyə malikdir.

Dünya Bankının təklifi nəzərə alınaraq seçilmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin yaxın gələcəkdə yenidən qurulacaq bir neçə ərazisi təqdim olunub. Ərazilərlə tanış olduqdan sonra Z.Qiyasi yerli mütəxəssislərlə birlikdə şəhərin mərkəzi hisələrindən biri olmasına baxmayaraq şəhərsalma baxımından abadlaşdırılmaya daha çox ehtiyac duyulan N.Nərimanov və Azərbaycan prospektləri, Nizami və Bakıxanov küçələri ilə əhatə olunmuş ərazinin üzərində dayanıb.

Yaxın günlərdə ictimai əsaslarla  yerli mütəxəssislərdən təşkil ediləcək xüsusi işçi qrup 2010-cu ilin sonuna kimi seçilmiş ərazinin nümunəvi regenerasiya layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir variant və digər analoji ərazilərə şamil etmək üçün təqdim etməlidir.

Bu müddətdə mütəxəssislərin əyani tanışlıq və təcrübə mübadiləsi məqsədilə İngiltərənin paytaxtı London şəhərinə və tarixi liman şəhəri Liverpul şəhərinə səfərləri də nəzərdə tutulur.
Səfərlər və layihəyə rəhbərlik xərcləri Dünya Bankının ayırdığı qrant hesabına maliyyələşəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin problemli ərazilərinin dürçəldilməsinə həsr olunmuş seminar da keçirilib. Seminarda çıxış edən Z.Qiyasi layihənin ilkin təqvim-planı barədə məlumat verib. O qeyd edib ki, bi işdə əsas diqqət ərazinin tarixi-memarlıq mühitinin maksimum qorunması şərti ilə insan amilinə önəm verilməsi, ərazinin sosioloji və biznes qiymətləndirilməsi, mətbuatın və əhalinin məlumatlandırılması məsələlərinə xüsusi əhəmiyyət verilməsinə yönəldilməlidir.

Bu layihə üzrə əldə ediləcək, təcrübə və yanaşmalar respublikanın digər şəhərlərinin inkişafı və abadlaşdırılması layihələrinin hazırlanması zamanı da nəzərə alınacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI