Modern.az

Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunu möhürlədi – FOTOLAR

Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunu möhürlədi – FOTOLAR

Təhsil

26 Dekabr 2014, 17:51

“Azadlıq” radiosu Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yeni xəbər yayıb.

Modern.az saytının məlumatına görə prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.

Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun ofisini möhürlədiyi bildirilir. Axtarış-götürmə əməliyyatı dekabrın 26-sı saat 10:30 radələrində başlayıb.

 Əməliyyat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu