Cari ildə metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə intihar etmək istəyənlərin statistikası açıqlanıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən körpüdə 9 nəfər intihara cəhd edib və onlardan biri dünyasını dəyişib. Dünyasını dəyişən şəxs ilk dəfə intihara cəhd etmiş 27 yaşlı Rəfael Hümbətov olmuşdu.
Modern.az