Modern.az

Keçmiş birinci ledi məhkəmə qarşısına çıxarıldı

Keçmiş birinci ledi məhkəmə qarşısına çıxarıldı

Təhsil

26 Dekabr 2014, 22:15
 

Kot-d'İvarun keçmiş birinci ledisi Simona Qbabqo Abidcanda dövlətin təhlükədsizliyini pozmağa cəhddə suçlanaraq məhkəmə qarşısına çıxarılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qbabqo ilə bağlı beynəlxalq məhkəmədəki proses də artıq 3 ildir davam edir. Müttəhimlər kürsüsündə onunla yanaşı insanlıq əleyhinə cinayətdə daha 82 nəfər əyləşir. 2010-cu ildə Kot-d'İvarda prezident seçkiləri keçirilib. Seçkilərdə o vaxt fəaliyyətdə olan ölkə prezidenti Loran Qbabqo Alassanta Uattara uduzub. Nəticələr elan olunandan sonra ölkədə kütləvi iğtişaşlar baş verib. Sonradan Konstitusiya Şurası Loran Qbabqonu vəzifəsində saxlayaraq nəticələri ləğv edib, ancaq 2011-ci ilin aprel ayında o arvadı ilə birgə həbs olunub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu