Modern.az

Putinin “hərbi ittifaqı” ndan Qarabağ AÇIQLAMASI: “Başqa yol yoxdur”

Putinin “hərbi ittifaqı” ndan Qarabağ AÇIQLAMASI: “Başqa yol yoxdur”

Təhsil

27 Dekabr 2014, 10:45


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Dağlıq Qarabağ münaqişəsi ilə Ukraynada yaşanan konflikti müqayisə edib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, KTMT baş katibi hər iki münaqişənin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə Ukrayna və Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi sülh yolu ilə həll edilə bilər. Nikolay Bordyuja bildirib ki, bu gün münaqişələrin həlli üçün sülhə alternativ başqa variantlar yoxdur. “Bu yalnız Ukraynaya yox, həm də Dağlıq Qarabağ münaqişəsinə aiddir”,-deyə KTMT baş katibi qeyd edib.

Onun fikrincə,Ukraynada yaranmış problemin heç bir halda hərbi yolla həlli ola bilməz.

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu