Modern.az

Moskvada azərbaycanlını öldürən polislərə hökm oxundu

Moskvada azərbaycanlını öldürən polislərə hökm oxundu

Təhsil

27 Dekabr 2014, 10:50

Moskva vilayət məhkəməsi azərbaycanlı taksi sürücüsünü amansızlıqla qətlə yetirən 3 polis əməkdaşını və onlara yardım edən 2 nəfəri məhkum edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı Seymur Ağayevə 77 bıçaq zərbəsi endirərək öldürən 22 yaşlı Artyom Skubak, 26 yaşlı Aleksandr Vlasenko və 21 yaşlı Dmitri Kolotovkin məhkəmənin qərarı ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə müvafiq olaraq 16, 13,5 və 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər 3-ü post-patrul xidməti əməkdaşıdır.

Məhkəmənin qərarı ilə cinayətkarlara yardım edən Andrey Alyoxin 14 il həbs, Aleksey Vasilyev isə 7 il müddətinə şərti cəza ilə cəzalandırılıb.  

2012-ci il sentyabrın 5-də Azərbaycan vətəndaşı Seymur Ağayev hiylə yolu ilə Moskva vilayətinin Zaqoryanski qəsəbəsinə gətirilərək Skubak, Vlasenko və Kolovotkin tərəfindən qətlə yetirilmişdi. Mərhumun atası Ağahüseyn Hüseynovun sözlərinə görə yerli taksi sürücülərindən günəmuzd toplayan polislər Seymur Ağayevi bu pulu verməkdən imtina etdiyi üçün qətlə yetiriblər.    

Vüqar İsmayılov  


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu