Venesuelanın prezidenti Nikolas Maduro Xarici İşlər Nazirliyinə yeni rəhbər təyin edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 44 yaşlı Delsi Rodriqesdir. Bu, ölkə tarixində ilk hadisədir, çünki ilk dəfə Venesuelanın xarici siyasət idarəsinə qadın rəhbərlik edəcək. Buna qədər nazir olan Rafael Ramires Venesuelanın BMT-dəki daimi nümayəndəsi təyin olunub.
Delsi Rodriqes 2006-cı ildə, mərhum dövlət başçısı Uqo Çavesin vaxtında Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib. Sonra rabitə və informasiya naziri təyin olunan xanım bu ilin oktyabr ayına qədər bu vəzifədə çalışıb. Ramires sentyabrın əvvəllərindən xarici işlər naziri postunu tutduğundan, onun istefası çoxları üçün tamamilə gözlənilməz olub.
Modern.az