Avropa Futbol Assosiasiya İttifaqının (UEFA) prezidenti Mişel Platini təşkilatın prezidenti postuna yeganə namizəd olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA-nın reqlamentinə görə namizədlərin irəli sürülməsi müddəti dekabrın 24-də başa çatıb. Prezident seçkiləri namizədlərin qeydiyyatı başa çatandan 3 ay gec olmayaraq keçirilməlidir. Beləliklə, 2015-ci il martın 24-də Vyanada UEFA-nın konqresi keçiriləcək.
Fransalı Mişel Platini üçün bu 3-cü dörd illik müddətə UEFA rəhbəri seçimi olacaq.
Modern.az