Modern.az

Rusiyalı analitik: “Qarabağla bağlı bəyanat Ermənistanın ümidlərini artırır”

Rusiyalı analitik: “Qarabağla bağlı bəyanat Ermənistanın ümidlərini artırır”

Təhsil

27 Dekabr 2014, 12:20

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən Şura iclasında qəbul edilən bəyanatda Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə dair məsələlərin də öz əksini tapması bir neçə gündür Rusiya və Ermənistan mətbuatının əsas müzakirə mövzusuna çevrilib.

Modern.az saytının məlumatına görə Moskvada fəaliyyət göstərən Siyasi Ekspert Qrupunun rəhbəri, politoloq Konstantin Kalaçev KTMT-ya üzv ölkə prezidentlərinin Moskvada qəbul etdiyi bəyanatı şərh edib. Ekspertin fikrincə, əslində KTMT bununla göstərmək istəyir ki, Ermənistan ona ümid edə bilər.  

Politoloq bildirib ki, KTMT ölkələrinin kollektiv təhlükəsizliyini təmin etmək üçün ən yaxın partnyor Rusiyadır və onun  Azərbaycanla əməkdaşlığını heç kim etibarsız saymır.    

Siyasi Ekspertlər Qrupunun rəhbəri söyləyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsində hamıdan az maraqlıdır. “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümid edə bilər. Amma ən əhəmiyyətlisi odur ki, söhbət münaqişənin gərginləşdiyi halda ediləcək hücumlardan getmir”,-deyə Konstantin Kalaçev bildirib.    

Analitik qeyd edib ki, Ermənistan üçün Rusiyanın siyasi üstünlüklər lazımdır. Onun bildirdiyinə görə KTMT-da və Avrasiya İttifaqında Ermənistanın iştirakı, rəsmi Yerevana Azərbaycanın güc yolu ilə işğal altındakı torpaqlarını geri qaytarmamaq zəmanətini verir. “Əgər Azərbaycan yeni müharibəyə başlamaq istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqında Ermənistanın iştirak etməsi, Rusiyanın ona dəstək verəcəyinə zəmanətdir. Hətta Ermənistan Rusiyadan tələb edə bilər ki, Azərbaycana silah satışını dayandırsın”.

Aqşin Kərimov          


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu