Modern.az xəbər verir ki, Ermənistanda Avrasiya İttifaqına daxil olduqdan sonra idxalı qadağan ediləcək məhsulların siyahısı dərc olunub. Həmin məhsulların idxalı yalnız Ermənistana deyil, ümumiyyətlə, Avrasiya İttifaqının ərazisində qadağan olunacaq. Təbii ki, bu məhsullar arasında gündəlik tələbat malları olmasa da, qadağa zinət əşyalarına da şamil edilməyib. Siyahıda müxtəlif sosial təbəqəli insanların hobbi, əyləncə, istirahət və s. üçün istifadə etdikləri məhsullar var. Yəni aydın olur ki, insanlar Avrasiya birliyinin məhsullarını əldə etməyə məcbur edilir. Bir növ, sovet dövrünün “importnı mal” anlayışı geri qayıdır. O zamanlardakı kimi, gözəl və keyfiyyətli xarici məhsulları əldə etmək üçün Qərb ölkləri ilə gizli əlaqələrin olmalı idi.
Avrasiya İttifaqının yaranmasında ictimai narahatlıq doğuran məqamlardan biri Rusiya prezidenti Vladimir Putinin bu layihə ilə faktiki olaraq, süqutunu faciə kimi dəyərləndirdiyi Sovet İttifaqını bərpa etmək istəyidir. Bu məramları barədə hətta Putin 2012-ci ilin dekabrında ABŞ Dövlət katibi Hillari Klintona da açıq söyləmişdi.
Avrasiya İttifaqının Ermənistandakı tərəfdarları isə birliyin SSRİolmadığını müdafiə edir. Amma ilkin əlmaətlər artıq var - bəzi məhsulların idxalının qadağan olunması. Mahiyyəti etibarilə, bu addım sovet insanlarına məxsus psixologiyanı bərpa edir. Həm də bu psixologiyaya xas yeni korrupsiya riskləri də yaranır.
Putin axmaq deyil və yaxşı anlayır ki, SSRİ-ni ilk növbədə insanların şüurunda və psixologiyasında bərpa etmək lazımıdr ki, sonradan siyasi və iqtisadi planda da tez bərpa edə bilsin. İctmiyyət, ictimai qüvvələr imperiyanın bərpa olunmasına qarşı sırf siyasi formatda mübarizə aparır. Əslində isə imperiya içərindən – psixologiya, düşüncə, ictimai dəyərlər və s. bərpa olunur.
Müqavimət məhz bu istiqamətdə təşkil olunmalıdır. Çünki əgər imoperiyanı bərpa edənlər və onların əlaltıları ictimai psixologiyanı bu yöndə adaptasiya edə bilsələr, siyasi və iqtisadi müqavimət göstərmək xeyli çətinləşəcək. Bu isə SSRİ-nin dağılmasın zamanı müxtəlif xalqların və cəmiyyətlərin verdiyi itkilərdən daha çox insan həyatı tələb edəcək.
Modern.az