Tanınmış ədəbi tənqidçi Cavanşir Yusifli “Ədəbiyyat qəzeti”nin son sayındakı bəzi materialların peşəkarlıq səviyyəsinə münasibətini bildirib. Modern.az xəbər verir ki, çoxlu sayda tərcümələrin müəllifi olan Cavanşir Yusifli qəzetin son sayındakı materialların tərcümə problemlərinə toxunub:
- “Ədəbiyyat qəzeti”nin 26 dekabr sayında oxuyuruq: “Mən çömbəlib daban üstə oturdum və oralarda harasa diyirlənən işıltılı bir qəpik üçün diqqətlə baxdım. Heç bir tərpəniş yox idi”.
Bu, Jiqmond Moriçdən guya, tərcümədir. Tərcüməçi daha sonra yazır: “Beləliklə, mən anamın iynələr, üsküklər, qayçılar, lent parçaları, baftalar və düymələr qarışıqlığında eşələndiyini görəndə...”
Daban üstə oturmaq nədir? Qəpik üçün baxmaq nədir? Filan şeylərin qarışıqlığında nədir? Görəsən, Azər Turan nömrəyə gedən materialları oxuyurmu? Yoxsa, intriqa ilə məşğuldur?..”.
Elmin NURİ