Modern.az

TIKA “Xoş gəldin körpə” layihəsinin təlimçilərinə sertifikatlar verdi - FOTOLAR

TIKA “Xoş gəldin körpə” layihəsinin təlimçilərinə sertifikatlar verdi - FOTOLAR

Təhsil

27 Dekabr 2014, 15:30

Bu gün Tibb Universitetinin Tədris-cərrahiyyə klinikasında  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən  həyata keçirlən “Xoş gəldin körpə” ana və uşaq sağlamlığına dəstək layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Polat Modern.az-a layihə baradə məlumat verib. Onun sözlərinə görə, bu layihə  üzərində 1 ildən artıqdır  fəaliyyət davam edir.

“Layihə çərçivəsində təlim proqramları  həyata  keçirilib. Azərbaycanda ilk dəfə  həyata keçirlən layihənin məqsədi, körpə doğulanda ona ilk 2-3 dəqiqədə  göstərilən diqqətin, qulluğun önəmininin izah edilməsidir. Belə ki, ilk doğulan zaman körpəyə qarşı olan hər hansı bir yanlışlıqlar onun həyatı boyunca kor, şikəst və digər ağır xəstəliklərə tutulmasına səbəb ola bilər. Bu məqsədlə  Dünya Sağlamlıq Təşkilatının təcrübəsindən yararlanan layihədə təlim keçmiş mütəxəssislər  öyrəndiklərini həm şəhərlərdə, həm də Azərbaycanın hər bir bölgəsində sadə vətəndaşlara aşılayacaqlar”. 

M.Polat qeyd edib ki, layihə daxilində həyata keçirilmiş təlim proqramında 27 həkim, tibb bacısı və  mama iştirak edib. Bununla yanaşı, layihəyə 75 nəfər könüllü sadə vətəndaş - analar da cəlb olunub.

O vurğulayıb ki, araşdırmalara baxanda ən çox uşaq ölümlərinə rast gəlinən ölkələr siyahasında Azərbaycanın da adı var.

“ Düzdür, bu, gündən-günə azalsa da,  kifayətlənmək olmaz. Türkiyədə bu göstərici mində yeddi faizə endirilib ki, bu, inkişaf etmiş ölkələr üçün normal hesab olunur. Lakin Azərbaycanda  da bu göstəriciyə nail olmaq üçün daha çox çalışmaq lazımdır”.

M.Polatın sözlərinə görə, təlim proqramını aparan mütəxəssislər Türkiyədə təcrübə keçiblər. Hazırda təlim proqramında 120 nəfərin iştirak etdiyini deyən M.Polat Tovuz, Gəncə, Qazax və Şəmkir bölgəsindən daha çox maraq olduğunu vurğulayıb.

O qeyd edib ki, 120 nəfərin içərisindən 5-6 nəfər təlimçi kimi seçilib, bölgələrə göndəriləcəklər.

Layihənin proqramında  uğur qazanmış tibb bacıları və mamalara layihənin  sertifiakatları təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Tibb Universiteti, Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Beynəlxalq Həkimlər İttifaqı, Gənc Ana və Uşaqların Maarifləndirlməsi İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.











Məltəm Talıbzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu