Niyə cənnətdən baxıldığında deyirəm? Çünki “aşağıların aşağısı” ifadəsi Allah Təala tərəfindən həzrət Adəmlə Həvvaya cənnətdə olduqları zaman deyilmişdir. Şeytan o ilk insanları azdıranda Allah Təala qəzəblənib onlara “Enin aşağıların ən aşağısına” demişdi. İlkin bəşəriyyət bu ifadəni , təbii ki, həzrət Adəmdən eşitmiş olacaqdı, çünki o, yalnız ilk insan deyildi, həm də ilk peyğəmbər idi: peyğəmbərlər isə yalan söyləməzlər, həqiqəti gizləməzlər. O bəşəriyyət bunu ta tufanda boğulacağı zamana qədər xatirəsində saxlayıbmış ki, bu ifadə həzrət Nuh və oğulları sayəsində tufanın bu üzünə keçmişdir. Və buna görə də o bəşəriyyət bu dünyaya “Yer” sözü ilə yanaşı əcdadlarının cənnət kimi gözəl bir məkandan qovulmasından acı bir xatirə kimi “Tartar” da deyəcəkdilər. Tufandan sonrakı ilkin çağlardakı insanlara Asiya, Avropa və Şimali Afrikanın kiçicik bir hissəsi məlum idi. Ona görədir ki, orta çağların tarixçiləri , demək olar ki, bütün şimali və mərkəzi Avropanı da “Böyük Tartariya” ərazisi hesab etmişlər.
“Tartar” kəlməsinin əsil mənasını bilmədiklərinə görə türkdillilərə “aşağılıq, alçaq, mədəniyyətdən uzaq vəhşi” anlamındaymış kimi “ tartarlar” deyənlər bu kəlmənin bu cür izahından sonra, əminəm ki, böyük tarixi səhv etdiklərini anlayıb peşman olacaqlar. Çünki əlavə heç bir izahata ehtiyac yoxdur ki, kimlərə tartar deyilmişsə, demək, həm tufandan öncəki bəşəriyyət, həm də tufandan sonrakı bəşəriyyətin ilkinləri onlar imişlər. Yəni bizlərə tartar deməklə heç fərqində olmadan təsdiqləmişlər ki, həzrət Adəmdən Nuh tufanına qədərki bəşəriyyətin dili vahid Tartarca, yəni tatarca olmuşdur. Bu da o deməkdir ki, həmin bəşəriyyətin insanları olaraq tufandan bu yana keçən həzrət Nuh və oğulları da vahid Tartarca, yəni tatarca danışmışlar. Və bu da o deməkdir ki, bir halda ki, indiki bəşəriyyət həzrət Nuhun törəmələridir, demək bütün dünya xalqlarının dillərinin kökündə , həqiqətən də , vahid Tartarca, yəni tatarca durur. Ən sadə məntiqlə bu tamamilə belədir.
Ona görə də nəinki səhvlərini anlayıb peşman olacaqlar, hələ ola bilsin yavaş-yavaş hər bir qeyri-türk xalqı bu kəlmənin türkdillilərə heç bir aidiyyətinin olmadığını, bineyi-qədimdən özlərinin tartar olduqlarını sübut etməyə çalışaraq kəlməni özəlləşdirməyə başlasınlar.
Həzrət Adəm hələ cənnətdə ikən bütün əşyaların adlarını Allah Təalaya söyləmişdi, yəni hələ cənnətdə ikən sonralar Yer üzündə “tartarca”, yəni “tatarca” deyiləcək dildə danışmışdı. Diqqət edin! Allah Təala ilə ilk insan hansı dildə danışıb?! O, Tartara, yəni Yer üzünə hazır danışıq dili ilə qovulmuşdu. Məhz həmin dildə də günahının bağışlanmasını yalvarmış, tövbə etmişdi. Demək, tatarcanın, türkcənin yaşı insan yaranandan bu günə qədərdir, yəni hər iki bəşəriyyətin birlikdə yaşı qədərdir. Bu dil cənnətdə ilk insan həzrət Adəmin ağzı ilə səslənən dildir. Cənnət dilidir. Hələ Həvva belə yaradılmamışdan Allah Təalanın tələbi üzərinə bütün əşyaların adlarını söyləyəndə mələklər və İblis də eşitmişdi bu dili o Uca Məclisdə.
Həzrət Adəmlə Həvvadan törəyənlər , sadəcə , Tartarda yaşadıqları üçün tartarlar adlanmışlar. “Türk” kəlməsi , yuxarıda qeyd etmişdim ki, tufandan sonrakı kəlmədir, ona görə də bu kəlmə “tartar”, “tatar” kəlməsindən cavandır. Tufandan sonrakı tartarlar, yəni tatarlar çoxalıb müxtəlif nəsillərə şaxələndiyi üçün müxtəlif cür adlanmışlar; moğal-tatarlar, kalmık-tatarlar, kazan-tatarlar, böyük tatarlar və sair...
Demək, yunanlara görə təkgözlü nəhənglər Tartara qovulmuşlarsa ümumi adları tatarlar olan türkdillilər arasına atılmışlar. Çünki türkdillilərdən başqa heç bir xalqa tatar deyilmir. Bu birmənalıdır. Və qeyd etdiyim kimi, yunan şairi Homer öz təkgözlü Polifemini “Təpəgözün nağılı”ndan oğurlamışsa, bu da o deməkdir ki, türkdillilər arasına qovulmuş canlı varlıq yunan mifologiyasının təkgözü deyil, türk mifologiyasının Təpəgözüdür. Yunan mifologiyasındakı təkgözlülərin sayına gəlincə, bu da türkdillilərin digər məşhur nağılı olan “Məlikməmmədin nağılı”ndan götürülmüşdür; Məlikməmməd quyuda nə az, nə çox, üç divlə rastlaşır. Məhz divlərin yaşadıqları quyu yunanların təsəvüründə obrazlılaşaraq yeraltı dünyadan da altda çox dərin bir quyuya çevrilmişdir; bu yeraltı dünya cəhənnəm anlamındadır, tanrısı onlara görə Zevsin üçüncü qardaşı Aid imiş. Bəzi xalqların, o cümlədən də rusların dilindəki “ad” / cəhənnəm / sözü buradandır. Yəni təkgözlülər cəhənnəmdən də altda, aşağı qatlarda yaşayırmışlar. Elə isə bənzəyişə diqqət edin; Məlikməmməd belinə kəndir bağlayıb quyuya endiyində elə bir an gəlib çatır ki, dözülməz isti olur. Ondan əvvəl qardaşları bu istiyə dözməyib yuxarı çıxarılmışdılar. Məlikməmməd də istiyə dözməyib bağırır, amma qabaqcadan şərtləşdikləri kimi, qardaşları onu yuxarı çıxarmırlar və o daha da aşağı enir , beləcə həmin istilik zonasını keçir. Bu şiddətli istilik quyuya heç bir insan övladının enə bilməməsi üçün divləri idarə edən qanadlı məxluqlar tərəfindən qurulmuş müdafiə vasitəsidir. Amma quyunun yuxarısını, işıqlı dünyanı “göylərlə”, quyunun aşağısını “Tartar”la əvəz edən yunanlar quyunun ortasına --- bu dözülməz istilik zonasına da “ad”, “cəhənnəm” demişlər.
“Kitabi Dədə Qorqud” dastanındakı Təpəgöz əhvalatından fərqli olaraq həm bu nağılda, həm də “Təpəgözün nağılı”nda quyuya enmək məsələsi vardır. ”Təpəgözün nağılı”nda İskəndər də Məlikməmməd kimi dərin quyudan işıqlı dünyaya çıxmaq üçün iri qanadlı Zümrüd deyilən / Simurğ, Leylək də deyilir / əcaib quşun köməyindən istifadə etməli olur. / Onun canlı bir quş olmasına böyük şübhəm var. İri qanadlarından zəncirlə bağlanmış, qüvvətli nəzarətçisi olan bu varlıq nəsə raketi, təyyarəni xatırladır. Motorunun çalışması üçün lazım olan yanacaq qədim insanların təsəvvüründə canlı məxluqun qəbul etdiyi qida vasitələri olan ət və su kimi qalmışdır. Amma bu, əjdahalar kimi ağzından od püskürmür. Uçarkən nə yeri-göyü bürüyən dumanından, nə də tufana bənzəyən gurultusundan danışılmır. Yəni bu, daha yüksək texnologiyaya malik aləmlərin qurğusudur, səssiz uçur... Əjdaha dedim, yadıma bir şey düşdü. Çinlilər ta qədimlərdən əjdahanı sitayiş obyektlərinə çevirmişlər. Öz qədim imperatorlar nəslini də göylərdən gələn müqəddəslərdən hesab edirdilər, onlara tanrılar kimi səcdə edirdilər. Orta Asiya türkləri qədim zamanlarda onlarla aramsız dava etmişlər. Türklərin arasıkəsilməz hücumlarından qorunmaq üçün , nəhayət, özlərinə böyük Çin səddi tikmişlər. Demirəm imperatorları da, əcdadları da uzaq minilliklərdə “əjdahalarla” yad aləmlərdən gəlib Yer kürəsində qalanlardandır. Amma...vallah nə deyim... desəm öldürərlər, deməsəm ölləm... Sizə elə gəlmirmi ki, onlar Böyük Çin səddi ilə özlərini yalnız türklərdən deyil, bütün bəşəriyyətdən ayrı bir varlıqlar halına salmışlar? Sizi bilmirəm, amma mənə elə gəlir. Bir baxın, boyları da bapbalaca, cin kimi şeylərdi. İlkin çağların insanları Oğuz dədələrimiz hündür, canlı-cüssəli adamlar olmuşlar, qəbirləri açıldığında skeletlərinə görə boylarının 2,5 – 3 metr olduğu bəlli olmuşdur. Başları qurşaqlarına zorla çatan bu varlıqları görüb , təbii ki, heyrətlənmişlər. İki Oğuz igidi quyruğu az qala yerə dəyən toğlunu bir oturumda rahatca aşırırmış, bunların yeməkləri isə ya özləri kimi balaca-balaca düyülər, ya da sitayiş etdikləri əjdahalar misalı uzun-uzun ilanlar. Ona görə də harada görsələr şapalaqlamışlar ki, bizim ellərdən uzaq durun, nəslimiz cırlaşa bilər.. ”Çin” sözü də “cin” sözü ilə səsləşir. Tarixləri boyunca da Allah kəlamından, peyğəmbər sevgisindən uzaq olmuşlar. Kommunizm də inancları kimi Allahsız ideologiya olduğu üçün ondan dördəlli yapışmışlar... Yaponların da öz imperator nəsillərini göylərdən gəlmələr hesab etmələrini, onlara Tanrılar kimi səcdə etmələrini əcdadlarının çinlilərə bağlılığında axtarmaq lazımdır. Onların əcdadları hələ Çin səddi tikilməzdən əvvəllərdən türklərin hücumlarından bezib sakit yerlərdə, yeni torpaqlarda yaşamaq arzusu ilə o adalara köç edən çinlilərdir .Vahid yapon millətinin təməlini çinlilərdən törəyənlərin oluşdurduğunu öz tarixçiləri deyirlər.Yəni Yaponiya Uzaq Şərqin Kanadası kimi bir şeydir.Və bu gün elmi-texniki tərəqqinin önündə gedən, texnologiyanın sirrlərinə başqa xalqlardan ən çox bələd olan bir xalqdır. Bəlkə qanlarındakı “cin yaddaşı”dır onları texnologiyaya bu qədər yaxın edən? Kimbilir... Hərhalda Rozuelldə qəzaya uğrayan yadplanetlilərin kosmik gəmisindən də onların heroqliflərinə bənzər yazılar tapılmışdı./.
Qədim yunanlar tatar-türk millətinin bu iki nağılının birindəki canlı Təpəgözü obiri nağılındakı təkgözlü üç cansız nəhənglə birləşdirib dini-fəlsəfi təfəkkürlərinin xəmirini bu maya ilə yoğurmuşlar. Və bu dini-fəlsəfi təfəkürlərini öz fantaziyaları ilə böyük məharətlə zənginləşdirərək qədim Avropanın ən mədəni xalqı səviyyəsinə yüksəlmiş, digər Avropa barbarlarının da əllərindən tutaraq onları da yarımvəhşilik bataqlığından çəkib çıxara bilmişlər. Bəli. Saysız nağıllarımızdan cəmisi ikisi... Yatsınlar deyə uşaqları qorxutmaq üçün nənələrimizin özlərindən uydurduqları hesab etdiyimiz, boş bir fantaziya deyib keçdiyimiz nağıllarımızdan ikisi... Bizdən uzaqlarda yaşayan başqa-başqa xalqları yarımvəhşi həyat tərzindən qurtarıb adamlar cərgəsinə çıxaran nağıllarımızdan cəmisi ikisi...
Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/
Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/
Təpəgöz və tartarlar-V
//modern.az/articles/69583/1/
Təpəgöz və tartarlar-VI
//modern.az/articles/69649/1/
Təpəgöz və tartarlar-VII
//modern.az/articles/69724/1/