Modern.az

480 nəfəri daşıyan gəmidə güclü yanğın olub

480 nəfəri daşıyan gəmidə güclü yanğın olub

Təhsil

28 Dekabr 2014, 23:01



Dekabrın 28-də Yunanıstanın Patra limanından İtaliyanın Ancona limanına doğru üzən "Norman Atlantic" bərə-gəmisində yanğın baş verib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, hadisə vaxtı gəmidə 480 adam olub. Onlardan 268-ı Yunanıstan, 53-ü Türkiyə, digərləri Almaniya, İtaliya, Fransa, Misir, Bolqarıstan, Rusiya, Niderland vətəndaşlarıdır.

Adriatik dənizin Yunanıstan sahil xəttinə yaxın sularda baş vermiş hadisə ilə əlaqədar  irimiqyaslı xilasetmə əməliyyatı keçirilir.
Son məlumatlara görə, Yunanınstanın apardığı xilasetmə əməliyyatı nəticəsində sərnişinlərdən 176 nəfəri artıq evakuasiya olunub. Əməliyyatın davam etdirildiyi bildirilir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı qeyd edilir.

Helikopterlərlə və gəmilərlə aparılan xilasetmə əməliyyatı davam edir. 


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu