Modern.az

Təpəgöz və Tartarlar-IX

Təpəgöz və Tartarlar-IX

28 Dekabr 2014, 23:28


Təpəgöz  Basatın  süd  qardaşıdır  və  ondan  bir  neçə  yaş  kiçikdir. Çünki  Oğuzlar  düşmən   tayfanın   hücumundan  qorxub  qaçdıqlarında  körpə  Basat  meşədə  düşüb  itən vaxtlarda   körpə  Təpəgözdən   heç  bir  söhbət  edilmir; qaçhaqaçda  Aruz  qoca   onu  da  götürüb  aparmalı  deyildimi? Bir   müddət  sonra  Oğuzlar  yenidən  öz  yurdlarına  dönürlər, yenidən   sakit  həyat  başlayır  və  belə  sakit  günlərin   birində  onun  çobanının   başına  pəri  əhvalatı  gəlir. Bir  il  sonra  isə  Təpəgöz  doğulub  Yer  üzünə  atılır. O  illərdə  meşələrdə, çöllüklərdə  aslan  yanında  yaşayan  Basat  Təpəgözün  uşaqlıq  illərini  görə  bilməzdi. Amma  Aruz  qocanın  digər  oğlu  da  vardı. Təpəgöz  böyüyüb  evdən   qovulandan  sonra  Oğuz  ellərinə  düşmən   kəsildikdə  igidlər  onu  öldürməyə  gəlirlər, bu  savaşda  onların   bir  çoxu, o  cümlədən  də, Aruz  qocanşn   həmin  o  ikinci  oğlu  da  Təpəgöz   tərəfindən  öldürülür. Basat  bundan  bir  qədər  əvvəl, daha  doğrusu, Təpəgöz  Aruz  qocanın   evindən   qovulub   bir  qalaçada  sığınacaq   tapandan  sonra   aslanın  yanından   tapılıb  öz  yurduna   gətirilmişdi, amma  Təpəgözlə  igidlərin  vuruşması   baş  verəndə  o  uzaqlarda   hərbi   səfərdə  idi. Təpəgöz  Oğuzları   məğlub  etdikdən  sonra  daha   da  azğınlaşır, basqınlarının  ardı-arası  kəsilmir, ona  görə  də   insanlar  qorxularından   elliklə   öz  yurd-yuvalarından  köçməyə  başlayırlar. ”Təpəgözün   nağılı”ndakı  İskəndərin   həmin  köçənlərdən  ikisi  ilə  çöllükdə  rastlaşması həmin  bu  vaxtlardır. Və  söhbət  etdikləri  zaman  Təpəgöz  qəfildən   onların  başı  üstünü  kəsib  onları  yemək  üçün  öz   mağarasına  aparır. Yəni  Oğuzlar  hələ  onunla   razılığa  gəlməyiblərmiş. Təpəgözün   basqınlarının   davamlı  hal   aldığını  görən   insanlar  onun  yanına   müdrik  el  ağsaqqalını  göndərirlər  və  bu  görüş   zamanı  razılıq   əldə  olunur; Təpəgöz   basqınları   dayandırır,  əvəzində  Oğuzlar  hər  gün  onun  yeməyini  verirlər. Basat  bu  “müqavilədən “  və  qardaşının   həlak  olmasından   müharibədən  evinə  döndüyündə  xəbər tutur  və  qardaşının  qisasını  almaq  üçün  Təpəgözü  öldürməyə  gedir. Təpəgöz  qalaçadan  kənarda, yaşıl  çəmənlikdə  uzanıb  kürəyini  günə  verirmiş. Basatın   atdığı  ox  onun  bədənini  deşmir, qırılıb  yerə  düşür. Amma  onun   öldürülməsinə   gedən  yol  da  bu  andanca  başlayır.

İndi  fikir verin; dastana   görə  Oğuzlar  da, Təpəgöz  də  müqavilənin  şərtlərinə  əməl  edirlərmiş. Amma   əgər  İskəndər  həmin  o  Basatdırsa , demək  ya  Təpəgöz  ara-sıra  müqavilənin   şərtini  pozub  insan  oğurlamaqda  davam   edirmiş, ya  da  müqavilə  deyilən  şey  yerli-dibli  yox  imiş. İskəndərin  Basat  olduğuna   heç  bir  şübhə  yoxdur. Onda  İskəndər  haqqındakı   nağılın  Basat  haqqındakı  nağıldan  çox-çox  qədim  olduğunu  nəzərə  alsaq, deməliyəm  ki, Basatın  Təpəgöz – Oğuz   vuruşmasını  və   qardaşının  həlak  olmasını  öz  evinə  döndüyü  zaman  eşitməsi  ozanların  uydurmasıdır, çünki  İskəndər  insanların  Təpəgözdən  qaçdıqlarını, yurdlarından  didərgin  düşdüklərini  çöllükdə  eşidir. Təpəgöz  öz  basqınlarını  yalnız  və  yalnız  gündəlik  yeməyi   üçün  edirdi, belə  demək  mümkünsə, heç  bir başqa  ideologiyası  yox  idi. Və  əgər  Oğuzlar  onunla   razılığa  gəlib  gündəlik  yeməyini  artıqlamasilə  verirdilərsə, Təpəgözün   çöllükdə  İskəndər  qarışıq  üç  insana   hücum   edərək bu  razılığı   pozmasına  nə  ehtiyacı  vardı? Bu  səbəbdən   müqavilə  məsələsi  də  ozan  uydurması  imiş. Həqiqətən  də, Oğuzlar  onunla  savaşa  gələndə  yekə  bir  ağacı  kökündən  çıxarıb  üstlərinə  atmaqla   əlli-altmış  igidi  xurd-xəşil  edən , onları   məğlub  duruma  salan  bir   varlıq  ondan  sonra  da  istədiyi  zaman   istədiyi  Oğuz  elinə  gedib  onların  var-dövlətinə  asanca   sahiblənə  bilərdi, çünki  ilk  dəfə  olaraq   onun   gücünü  görmüşdülər. Belə  olan  halda  nə  müqavilə, nə  anlaşma?

İskəndər  haqqındakı   nağıl  Homerin   “Odissey”indən   də  qədim   olduğu  üçün  həqiqəti  tapmaq   üçün   yalnız   “Təpəgözün   nağılı”na  müraciət  etməliyik. Yəni  Oğuz  elindən   qovulub  ta  çöllükdə  İskəndərə  rast   gələnə  qədər  bədəninə  qılınc , ox  batmadığına  arxayın  olan   Təpəgöz  durmadan  basqınla, qarətlə, adam  yeməklə   məşğul   olurmuş, insanlar  da   buna   görə  elliklə  öz  yurd-yuvalarından  köçməyə  məcbur  olurmuşlar. Eradan   əvvəl  beşinci   minilliyin   əvvəllərində  Oğuzların  bir  qisminin  Altay  dağları  ətəklərindəki  ata-baba yurdlarını   tərk  edib   Ön  Asiyaya  köçmələrindən  yuxarıda  danışmışam. Bu   ilk  köçün  səbəbi  Təpəgöz  olmuşdurmu?

Xeyr. Təpəgözə  görə   insanların  öz  yurd-yuvalarından  bunca  uzaqlara  köç  etmələri  ağlasığmazdır. Ən  mühümü  isə  budur  ki, əgər  Təpəgöz  əhvalatı  Altayda  baş  vermiş  olsaydı, on  üçüncü  yüzilin  ozanları  xalq  yaddaşında  minillərlə  yaşayan  bu  nağılı  Dədə  Qorqud   adına  çıxmazdılar, bilə-bilə  ki  Dədə  Qorqud   bir  tarixi  şəxsiyyət  kimi  onuncu   əsrin  insanıdır.

Bu  səbəbdən  söyləmək  olar  ki, bu  nağıl  Orta  Asiyaya  kənardan --- Ön  Asiya  türkdillilərindən  keçmişdir. Amma    hansı  türk  tayfalarından?

Oğuzların   bir  qisminin  eradan   əvvəl  beşinci  minillikdə  indiki  İran, İrak, Azərbaycan   ərazilərinə  ilk  köçetmələrinin   səbəbi   kimi   saylarının  artması  bildirilir. Amma  Asiya   çox   genişdir, tufandan   sonrakı   cəmisi  bircə  minillikdə  onların  bütün  Asiyanı  doldura   biləcək  səviyyədə   çoxalmaları  mümkün  deyildi. Çoxalma  hərəkətə  keçib  köç  etmək  üçün, sadəcə, yardımçı   vasitə  ola  bilərdi. Səbəb  isə   başqa  şey  imiş.

Altay  dağlarının  ətəkləri  bütün   dünya  türklərinin  ata  vətəni  olsa  da  o  ilkin çağlarda   əcdadlarımız  özlərini  “tərik  düşmüş” ,  ”uzaqlaşmış”  bildiklərindən  qəlblərində  hər  zaman   doğmalardan   doğma   bir  məkanın   həsrəti  ilə  yaşayırdılar. Tərik  düşmüşlər, tərik  tartarlar, tərik  tatarlar, yəni  türk  tatarlar. Bu  söz  indi  bizə  qəribə  gələ  bilər. Necə  yəni  türk  tatarlar? Dünyada   türklərdən  başqa   da  tatar  olanlar  varmı?  Qulaq  asın,  o  vaxtlar  hələ  nəinki  qeyri-türk  xalqlarından   heç  birisi  yaranmamışdı,  hətta   tərik-tatarlar  özləri  belə  kalmık-tatarlara, moğal-tatarlara,, türkiman-tatarlara, kazan-tatarlara  bölünməmişdilər. Bu, çox  sonraların  işi  olacaqdı. O  zaman , sadəcə,  həzrət  Nuhun  üç  tartar  / tatar /  oğlundan  törəyən  tatarlar  vardı;  türk-tatarlar, ərəb-tatarlar  və  yevrey  tatarlar. / “Yevrey”  kəlməsini  şərti  olaraq  işlədirəm, çünki  bu  bədbəxtlərə  bu  köçdən   hələ  iki  min  beş  yüz  il   sonra   həzrət  İbrahim  bu  adı  verəcəkdi, adları  olmadığı   üçün  də  iks-tatarlar  yazammaram  ki  /. İlkin  çağlarda  Altaydakı   türk-tatarları   qan   yaddaşları   hey  Ön  Asiyadakı  son  dərəcə  qiymətli, o zamankı  dünyanın  baş  ziyarətgahı  olan   müqəddəs  bir  məkana  çəkib aparırdı. Həmin   müqəddəs   məkan   həzrət  Nuhun  gəmisinin   tufandan   sonra   ərazisində  bir  dağa   oturduğu   Naxçıvandır! Azərbaycanın  ən  qədim   diyarı  olan,  tufandan   sonra  insanoğluna  ilk  görünən, Həzrət  Adəmdən  sonra  ikinci ülul-əzəm   peyğəmbərə  qoynunu  açan , indiki  bəşəriyyətin  beşiyi  Naxçıvan! Müqəddəsliyi  bu  səbəbdən  olmuşdur. Sonralar  yevreylər  bax  bu  müqəddəsliyi  “qızıl  yun  dəri”  adı  altında  Qafqazdan  oğurlayıb  əvvəlcə  Aralıq  Dənizi  sahillərinə  aparmışlar  və  sanki  bu  böyük  bir  qəhrəmanlıqmış  kimi  sonradan  onların  bir  hissəsi  Balkanlara  doluşub  oraya  şimaldan  gələn  türklərlə  qaynayıb  qarışaraq   yunan  adlı  xalqı  formalaşdıranda  “Arqonavtlar”  adlı  əfsanələrinə  üstüörtülü  şəkildə  oturtmuşlar.

“Nuh”  sözünü  müxtəlif   xalqlar   müxtəlif   cür   səsləndirmişlər.  “Noy”,  “Nuhoy”, ”Noah”,  “Noax” ...

”Naxçıvan”, ”Noaxçıvan”,”Noahçıvan”, ”Nuhçuvan”  sözünün  mənası   Nuhçu   məkan,  Nuhun   məkanı,  Nuh  yeri  anlamındadır. ”Van”  əski  türkcədə   məkan, yer, ərazi  bildirir.

Yafətin  Orta  Asiyaya, digər  iki  qardaşın  isə  Aralıq  dənizinin  şərq  sahillərinə  getməsi  məlumdursa   da  səbəbi  bəlli  deyil. Ola  bilsin  tufandan  öncə  yaşadıqları  və  ya  son  ərəfələrdə  baş  çəkdikləri  yerlər  onları  çəkib  aparmışdır; necə  olsa  da  “yara”  lap  təzə  idi. Təsəvvür  edin, bütün  Yer  üzünü  doldurmuş, yadplanetlərlə  əlaqəsi  adi  bir  hal  olan  yüksək  dərəcədə  inkişaf  etmiş  bəşəriyyət  qısa  bir  zamandaca  sanki  əzəldən  yoxmuş  kimi  yox  olur, cəmisi  yeddi  adam  gəmidən  enir, nə  hallar  keçirərdiniz! Sağınıza-solunuza  baxıb  Dədə  Qorqud  kimi  “Hanı  dediyin  bəy  ərənlər, Dünya  mənim  deyənlər, Əcəl  aldı  Yer  gizlədi”  sözləri  hey  keçməzdinizmi  ürəyinizdən?

Amma  yox, həzrət  Nuh  peyğəmbər  idi, hərəkətlərində  hissiyyatı  deyil, Allah  Təalanın   əmrlərini  rəhbər  tuturdu, kimin   hara  getməyinə  O, yalnız  O  qərar  vermişdi, səbəbini  də  yalnız  Özü  bilirdi. Yer  kürəsini  su  ilə  dolduracağını, bunun  üçün  ona  gəmi  düzəltməsini, hətta  gəminin  nə  formada  və  nə  ölçülərdə  olmasını, içinə  də  insanlardan  kimləri, heyvanlardan  nələri  götürməyi  Allah Təala  ona  əmr  etməmişdimi?

Gəminin  Naxçıvan   dağlarında   torpağa  oturduğunu  dedim. Neçə   minilliklər  sonra  Yer  üzündə  yevreylərdən  sonra  fitnə-fəsad   çıxarmaqda   son  dərəcə  mahir  ikinci  xalq  kimi  peyda  olacaq  ermənilər --- bu  Balkan  qaraçıları  nəsillərinin  “Ararat”  formasına  saldıqları  Urardı  dağı  demədim. Niyə?  Çünki  gələcəkdə  şumer  türklərinin   dilindən  Urardı  deyiləcək  bu dağlar   silsiləsi  indiki  Naxçıvanla  Türkiyənin   şərqində   yerləşən  Van  gölünün  arasındadır, ilkin   çağlardakı  “Nuh məkanı”  isə   müqəddəs  bir  yer  kimi  indiki  Naxçıvanla  həmin  o  Van   gölünə  qədər  ərazi  hesab  olunurdu, odur  ki, bu   ərazidəki   bütün  irili-xırdalı   dağ  silsilələri  Naxçıvan   dağlarıdır. Yəni  Urardı  / Ararat /  dağları   bütün  dünya  türklərinin danılmaz  haqqıdır  və  Səlcuqlu  türkləri   çox  haqlı  olaraq   on  birinci   əsrdə  Bizanslıları   Anadoludan   qovmaqla, 1453-cü  ildə  isə   Bizansın   varlığına   son   qoymaqla   bu   haqqa  sahiblənmişlər ,  necə  deyərlər,  tarixi  ədaləti  bərpa   etmişlər. Nuhun   məkanının --- Naxçıvanın   bu  günümüzə   belə   kiçik  gəlib  çatmasının   səbəbi   isə   başı  bəlalı  Araz  çayı olmuşdur. Bu  çay  onun  içindən  keçib  gedir  deyə  Qafqaz  uğrunda  minillərlə  gedən  müharibələr  boyunca  bu  təbii   coğrafi  xətt , demək  olar  ki, həmişə   hökmdarların   təsir  zonalarını   bir-birindən  ayıran  bir  sərhəd  rolunu  oynamışdır.

İlkin   çağlarda   türk-tatarlar  kimi  ərəb-tatarlar  da, yevrey-tatarlar  da  bu  müqəddəs   məkandan   uzaqlarda  yaşasalar  da  zaman-zaman  bu yerə ziyarətə gələrmişlər. Amma  Yafət  həzrət  Nuh  ailəsinin  böyük  oğlu  olduğu  üçün, həm  də  bu  oğuldan  törəyənlər  öz  əmiuşaqlarından   sayca  qat-qat  çox  və  demək  ki  güclü  olduqları  üçün  Oğuz  xanın  nəsillərindən   olan   türk  tayfalarından  bir  qismi   eramızdan   əvvəl  beşinci  minilliyin  əvvəllərində  Altaydakı  öz  ata-baba  yurdlarından  ayrılaraq  həmin  bu  müqəddəs  ziyarətgahın  yerləşdiyi  Naxçıvana   gəlib  buralarda   yurd-yuva  salırlar  və  ziyarətgaha   sahiblənirlər. Yəni  Dəclə- Fərat  çayları  arasına  dağılışmazdan  min  il  əvvəl. Həmin   minillik  ərzində  sayları  o  qədər  artır  ki,

Xəzər  dənizi  ilə  Qara  dəniz  arasındakı  bütün   cənubi  Qafqaza, Dərbənddən  Həmədana ,  Van  gölünə  qədər  bütün  o  torpaqlara  yayılırlar. Sonra  isə...

Bax  bu  zaman  qəribə  bir  hadisə  baş  verir; o  zamana  qədər  sakit, öz  təbii  axarı, nəsil  artımı  ilə  baş  verən   yayılmalar  birdəncə  qeyri-adi  dərəcədə  sürətlənir. Sanki  bu  Xəzər---Qara  dəniz, Dərbənd---Həmədan  əhatəsindəki  mehriban  yaşayan  insanlar  arasına  bir  çaxnaşma  düşür, insanlar  böyüklü-kiçikli  qruplar  halında  birdəncə  öz  isti  yurd-yuvalarını  tərk  edib  dünyanın  dörd  bir  tərəfinə  dağılışmağa, sanki  başlarını  götürüb  qaçmağa   başlayırlar. Artıq  Naxçıvana   gəlişlərindən  min  ilə  yaxın  bir  vaxt  keçmiıdir, beşinci  minilliyin  sonlarıdır. Bax  həmin  o  qəribə  qaçhaqaç  zamanı  Dərbənd   keçıdındən   Şimali  Qafaqza, oradan  da  sonralar  Dəşti-qıpçaq, Skandinaviya, Avropa  deyiləcək  torpaqlara  qədər  yayılan   skiflərin  də, Van  gölündən  cənub  tərəflərə, Dəclə-Fərat  çayları  arasına, ta  Fars  körfəzi  deyiləcək  yerə  qədər  yayılan  şumerlərin  də  dədələri  Oğuzların  həmin  bu  ilk  köçü  zamanı  Altaydan  Naxçıvana  gəlib  yerləşən  türklərdir. Norveçli  Tur  Xeyerdal  kimi  vicdanlı  səyyah-alimlər  özlərinin, yəni  Skandinav  insanlarının  əcdadlarının  Azərbaycan  torpaqlarından  köç  etdiklərini  birmənalı  olaraq  qeyd  edirlər. Onda  qeyd  etmək  yerinə  düşər  ki, norveçlilər, isveçlilər, danimarkalılar,  islandlar, Almaniya  və  Avstriya  almanları  german  dil  qrupuna  mənsubdurlar. Yəni  Avropanın  həmən-həmən  yarısının   əcdadları  Azərbaycandan   köç  edənlər  olurlar. Bu  xalqların  siyahısına  finləri, estonları, macarları   da  daxil  edin . Çünki  finlər, estonlar  Uqor  türklərindən, macarlar  Hun türklərindəndir.

Demək, Oğuzların  bir  qisminin  Altaydan  ilk  köçlərinin  əsil  səbəbi  Naxçıvana  yerləşmək  imiş. Burada  artıb  çoxaldıqdan  sonra  isə  dünyanın  dörd  bir  tərəfinə  birdəncə  dağılışmağa  başlamışlar. Ayrı-ayrı  qruplar  halında  çox-çox  uzaqlara, müxtəlif  istiqamətlərə  gedən  insanlar  zaman  keçdikcə  özlərindən  yeni-yeni  sözlər  icad  etmişlər, nəticədə  vahid  tatarca --- vahid  türkcə  əsasında  yeni, anlaşılmaz  dillər  meydana  gəlməyə  başlamışdır. Və belə  dil  müxtəlifliyinə  görə  də  o  ayrı-ayrı  köç  qruplarından   törəyənlərə  də  müxtəlif  xalqlar  demişlər. Bax, Təpəgöz  əhvalatı  dünyanın  dörd  bir  tərəfinə  Qafqazdan, Azərbaycandan  başlayan  bu  qəfil,  əcaib  dağılışmaların  başlanğıcındaca  insanların  yaddaşında  qalmalı  idi  ki,  köç  edənlərdən  törəyəcək  hər  bir  xalq  da  o  əhvalatı  yaddaşının  dərinliklərində  də  olsa  özününkü  hesab  edə  bilsin. Əgər,  həqiqətən  də, müxtəlif  xalqların, dillərin  yaranması  üçün   min  beş  yüz-iki  min  il  lazım  gəlmişsə  onda  köçlərin  başlandığı  zamanlar, həqiqətən  də,  ən  geci  eradan  qabaq  beşinci  minilliyin  sonları, dördüncü  minilliyin  əvvəlləri  olmalı  idi. Çünki  yuxarıda  qeyd   etmişdim   ki, Babil  padşahı  Hammurapinin  vaxtında , yəni  eradan  qabaq  on  səkkizinci  əsrdə, ikinci   minilliyin  əvvəllərində  Babil  qülləsi  artıq   dil  müxtəlifliyi   üzündən  tikintisi  yarımçıq  qalmış  qüllə  kimi  çoxdan  məşhür  imiş, yəni  bu  qüllənin   tikintisi  dayandıqdan  ən   azı  bir  neçə   əsr  sonra   Hammurapi  dünyaya  gəlməli  idi. Odur  ki, o  hesabla   Babil   qülləsinin   tikintisində  müxtəlif  dilli  insanların   çalışa   bilməsi  üçün  iki  min  il  geri  getmək  lazımdır  ki, bu  da  dördüncü  minilliklə   beşinci   minilliyin  sərhəddidir. Demək,  Altaydan  Naxçıvana  köç  edənlər  ən  gec  orada  yaşadıqları  minilliyin  sonlarında, yəni  beşinci  minilliyin  sonlarında  oradan  dünyaya  səpələnə  bilərdilər. Ona  görə  də  mənim  fikrim  belədir  ki, Təpəgöz  məhz  həmin  bu  illərin  varlığıdır. Yadplanetlilər  tərəfindən  doğulan   kimi  gətirilib  Yer  kürəsinə, Nuhun  gəmidən  ayaq  basdığı  müqəddəs   məkana  ---  Azərbaycan   ərazisinə  atılmışdır. Ona  görə  də  “Təpəgözün  nağılı”  üstündən  dörd  min  il  keçəndən  sonra  yunan  şairi  Homerin  oğurladığı  sırf  Azərbaycan  nağılıdır, daha  doğrusu, həqiqətidir. Homerdən  daha  iki  min  il  keçəndən  sonra  da , yəni  eramızın  on  üçüncü   əsrində  Oğuz  ozanları  tərəfindən  ona  Dədə  Qorqud   ruhu  qatılaraq  “Kitabi  Dədə  Qorqud”  dastanına  salınmışdır.

Həm   nağıldan, həm   də  dastandan  göründüyü  kimi  Təpəgözün  azğınlığı  azı  üç-beş  il  çəkmişdir. Basat  Təpəgözlə  mübarizəyə  başladığı  zamana  qədər  onlar  bir-birləri  haqda  eşitmiş  olsalar  da  heç  vaxt  üzbəüz  gəlməmişdilər. İskəndər  də  ilk  dəfə  onu  çöllükdə  görmüşdü. Təpəgöz  qalaçanın  kənarında  kürəyini  günə  verib  uzandığı  vaxt  Basatın  atdığı  ox  bədəninə  dəyib  qırılanda  ilk  dəfə  onu  görmüşdü, təbii  ki  kim  olduğunu  bilməmişdi. Yalnız  sonra, Basat  onu  kor  etdiyi  vaxt  Təpəgöz  onun   kimlərdən  olduğunu  soruşub  öyrənəndə  onu  tanımış  və  ona  “süd  qardaşım”  demişdi. Məhz  eyni  adamın  himayəsində  qalmalarına  baxmayaraq  bir-birlərini  üz-üzə   gələndə  tanımamaları  onu  sübut  edir  ki,  Təpəgöz  heç  də  qısa  müddət  ərzində  “parlayıb  sönən  ulduz”  olmamışdır. O, Aruz  qocanın  evindən  qovulduqdan  sonra  Basat  hələ  aslanın  yanından  götürülüb  öz   yurduna  gətiriləcəkdi, yeniyetməlik  yaşına  çatana  qədər  heyvanların  arasında  böyüdüyü  üçün  bir  müddət  keçəcəkdi  ki  insanlara  öyrəşsin,  bir   neçə  dəfə  təkrar  çöllərə  qaçdıqdan  sonra  yenidən  gətirilib  tənbeh  olunacaq  və  nəhayət, əhliləşəcəkdi, daha   sonra  hansı  bir  düşmən  üzərinəsə  savaşa  yollananlara   qoşulub  səfərə  çıxacaqdı  və  yalnız  o  savaşdan  döndüyündə  Təpəgözün  törətdiyi  faciələri   eşidib  onu  öldürməyə  gedəcəkdi. Bunlar  bir  neçə  il  vaxt  almalı  idi. Az  müddət  deyildir. Hər  gün  Təpəgöz  tərəfindən  tutulub  şişə  çəkilmək  qorxusu  ilə  yaşayanlar  üçün  isə  bircə  saat  bir  il  kimi  uzun  gələ  bilərdi. Köçərilərin   ruzisi  heyvandarlıqdan  çıxırdı, hər  zaman  çöldə-bayırda, dağda – daşda   olmalı  idilər. Təpəgöz  isə  çöllərdə  insandan, qoyun-quzudan, camışdan-inəkdən  əlinə  nə   keçirdisə  qalaçasına  aparıb  kabab  edib  yeyirdi. Nə  qədər  ki  Oğuz  igidləri  Təpəgözün  üstünə  getməmişdilər, hələ  ümid  vardı  ki, çox  azğınlıqlar  edərsə  öldürərlər, canları  qurtarar. Amma  elə  ki  üstünə  hücum  çəkdilər  və  bədəninə  ox, qılınc  batmadığını  gördülər, bu  səbəbdən  də   məğlub  oldular, artıq   sakit  həyata  bütün  ümidləri  itdi. Çünki  ümidi  həqiqət  öldürər, həqiqət  isə  hər  zamankı  kimi  o  savaşın  sonunda  da  yeganə  olaraq  üzə  çıxdı;  Oğuz  elləri  anladılar  ki, nə  qədər  ki, yurd-yuvaları  Təpəgözün  qalaçasının  həndəvərindədir, hər  birinin  hər  an  ona  yem  olması  qaçılmazdır, çünki  o   “məğlubedilməzdir”. Yalnız  bir  tək  çarə  vardı --- dabana  tüpürüb   qaçmaq!  Mənim  fikrimcə  eradan  əvvəl  beşinci  minilliyin  sonlarında  Azərbaycan  ərazisindəki  Oğuz  tayfalarının   bir  qisminin  birdəncə  yurd-yuvalarını  tərk  edərək  şimal  və  cənub  istiqamətlərində  köç  edib  dünyaya  səpələnmələrinin   səbəbi  məhz  bu  qorxunc  Təpəgöz  əhvalatı  olmuşdur. Bu, tamamilə  real  bir  hadisədir  və  o  zamanlar  texnikaya, nizami  orduya, müasir  növ  silahlara   malik  olmayan , buna  görə  də  təhlükəsizliklərinə  zərrə  qədər  də  təminatları  olmayan  insanların  o  bədheybət  varlıqdan  uzaqlara  köç  etmələri  tamamilə  məntiqlidir.

Bu  qaçhaqaç  zamanı  Van  gölündən  cənuba, indiki  İraq  ərazisindəki  Dəclə-Fərat  çayları  arasına  gedənlər  yavaş-yavaş  oturaq  həyata  keçərək  şəhərlər  salmışlar. Sonralar  həmin  ərazilərdə  Mesopotamiya, Babilistan, Akkad   kimi  qüdrətli  dövlətlər  quranlar  həmin   bu  insanlardan   törəyənlər  olmuşdur;  heyvandarlıqla  yanaşı  əkin-biçinlə, torpaq   şumlamaqla   məşğul  olduqları  üçün  köçəri  türklər  onlara  “şum  işləri  ilə  məşğul  olan  ərlər”  mənasında  qısaca  olaraq  “şumər”, “şumer”  demişlər. ”Tarix  şumerlərdən başlayır”  deyən  Herodot  bu  insanları  nəzərdə  tutmuşdur. Çünki  “tarixin  atası”  hesab  edilən bu  adam  yaxşı  bilirdi  ki, üçüncü  böyük  peyğəmbər, eyni  zamanda  “yevreylik”  anlayışının banisi  həzrət  İbrahim  həmin  bu  şumer  türklərinin  saldıqları  qüdrətli  şəhər-dövlət  olan  Ur  şəhərində   dünyaya  göz   açmışdır. Daha  sonralar  fars  adı  ilə  dünya   səhnəsinə  çıxacaq   pəhləvilər  də  həmin  bu  şumer  kişiləri  ilə  yevrey  qadınlarının  “aşk”ından  törəyənlərdir.

(ardı var)

Mirzə Hacıyev

***

Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/ 

Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/

Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/

Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/

Təpəgöz və tartarlar-V
//modern.az/articles/69583/1/

Təpəgöz və tartarlar-VI
//modern.az/articles/69649/1/

Təpəgöz və tartarlar-VII
//modern.az/articles/69724/1/

Təpəgöz və tartarlar-VIII
//modern.az/articles/69766/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI