Modern.az

Bu gün girovlara “hökm” oxunacaq

Bu gün girovlara “hökm” oxunacaq

Təhsil

29 Dekabr 2014, 09:45

Bu gün Azərbaycanın işğal altındakı torpaqlarında erməni silahlı birləşmələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “hökm” oxunacaq.

Modern.az-ın məlumatına görə  Dağlıq Qarabağdakı separatçı rejimin Xankəndi şəhərindəki “1-ci instansiya məhkəməsi” kəlbəcərli girovlar barəsində “hökm”çıxaracaq.

Xatırladaq ki, axırıncı “məhkəmə” iclası zamanı  “prokuror” Karen Qabrielyan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.      

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu