Modern.az

Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı yaranıb

Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı yaranıb

Təhsil

29 Dekabr 2014, 11:35


Bayram günlərində  Bakının beynəlxalq avtovazğalında sərnişin sıxlığının müşahidə olunması artıq adət halını alıb. Bayramı  bölgələrdə əzizləri ilə qeyd etmək istəyən insanlar sözün əsl mənasında bilet tapmaq üçün mübarizə aparmalı olurlar.

“ Bu  gün və sabah iş günü olduğu üçün avtovazğalda sıxlıq müşahidə olunmur”.

Bunu Modern.az saytına hazırda avtovazğaldakı  vəziyyətdən  danışan Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev deyib.

O bildirib ki, artıq gücləndirilmiş iş rejimində işləyirlər.

M.Abdullayevin sözlərinə görə, sərnişinlərin əksəriyyətini tələbələr təşkil edir.

“Ümumiyyətlə, bayram günlərində sərnişin sıxlığı olur və bunun qarşısının alınması üşün avtovazğala əlavə avtobuslar gətirilir. Düzdür, sabah bütün qrafiklərə biletlər satılıb. Lakin ehtiyat avtobuslarımız da var. Lazım gələrsə, xəttə buraxılacaqlar”.

O, bayram günlərində suni qiymət artımına da münasibət bildirib.

“Bileti kassadan alanda standard qiymətlərlə alırlar. Hər hansı artım olmur. Suni qiymət artımını kənardan gətirdiyimiz avtobus işçiləri edir”.

M.Abdullayev qeyd edib ki, bayram günlərində demək olar ki, xarici ölkəyə çıxış müşahidə olunmur.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu