Modern.az

Bakı Metropoliteni də gücləndirilmiş iş rejiminə keçir

Bakı Metropoliteni də gücləndirilmiş iş rejiminə keçir

Təhsil

29 Dekabr 2014, 13:12

“Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Eyni zamanda təhlükəsizlik tədbirlərinə maksimum dərəcədə riayət olunacaq”.

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq bütün ehtiyat tədbirlər görülüb: “Dekabrın 31-də metro stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin üzünə açıq olacaq, yəni 1 saat artıq fəaliyyət göstərəcək.

Çalışacağıq ki, bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin edək”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu