Modern.az

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olundu

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olundu

Təhsil

29 Dekabr 2014, 14:18



Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov deyib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır və Dünya Azərbaycanlılarının Həmrəyliyib gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 
Rektor deyib ki, bu tarix ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına böyük təkan verib.
“Bu gün Prezident İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənib, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər”.
Sonra Milli Məclisin vitse-spikeri Bahar Muradova, BDU-nun kafedra müdiri, professor İzzət Rüstəmov, Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu