Modern.az

“Ermənistanın həyata keçirdiyi siyasət bu dövlətin başında çanaq kimi çatlayır” - VIDEO

“Ermənistanın həyata keçirdiyi siyasət bu dövlətin başında çanaq kimi çatlayır” - VIDEO

Təhsil

29 Dekabr 2014, 14:39


“Ermənistanın həyata keçirdiyi siyasət bu dövlərin başında çanaq kimi çatlayır. Buna baxmayaraq ermənilər Azərbaycan torpağından əl çəkmək istəmirlər. Hətta başlarına min cür bəla gəlsə belə”. Modern.az-ın məlumatına görə bu fikirləri politoloq Nadir Şəfiyev ötən həftə ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində törətdiyi insidenti şərh edərkən söyləyib.

Politoloqun fikrincə ermənilər öz fırıldaqlarından geri qalmaq istəmirlər. Ancaq hadisələr Azərbaycanın qələbəsi ilə nəticələnir.

N.Şəfiyevin sözlərinə görə, ötən həftə Ermənistan kütləvi informasiya vasitələri dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan tərəfinin müxtəlif diversiya aktlarının həyata keçirmələri barədə məlumat veriblər.

“Elə həmin vaxt bir sıra təhlilçilər deyirdilər ki, Ermənistan növbəti hoqqabazlığa hazırlaşır. Çünki belə məlumatlardan sonra Azərbaycan hərbçilərinə qarşı diversiya aktları törədilirdi. Biz yanılmadıq, həftə ərzində növbəti belə bir diversiya törətməyə çalışdılar və cavablarını aldılar”-deyə siyasi şərhçi vurğulayıb. 



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu