Modern.az

Konqres Azərbaycanla münasibətləri çətinləşdirməkdə davam edir

Konqres Azərbaycanla münasibətləri çətinləşdirməkdə davam edir

Ölkə

24 Avqust 2010, 10:42

“ABŞ-ın Azərbaycana səfirinin təsdiqlənməsini ləngitmək lazım deyil”. Bu barədə Vaşinqtonun “The Examiner” qəzetinin avqustun 23-də dərc olunmuş nömrəsində ABŞ Senatının sabiq üzvü Konrad Börnsun  məqaləsində bildirlir. (AzərTAc)
Müsəlman əhalili müttəfiq dövlətlərlə münasibətlərin vacibliyi vurğulanan yazıda Börns diqqətə çatdırır ki, prezident Obamanın Bakıya səfir kimi irəli sürdüyü namizəd Metyu Brayza, “yeganə məqsədləri Azərbaycanla bağlı hər bir şeyə etiraz etmək olan xüsusi maraq qruplarını” təmsil edən Senat üzvlərinin müxalifətinə tuş gəlmişdir.

Konrad Börns xatırladır ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olaraq 11 sentyabr hadisələrindən sonra Amerikaya dəstək verən öılkələrdən biri idi. “Bu müsəlman əhalili dövlət qeyd-şərtsiz hava ərazisini koalisiya uçuşlarına açmış, terrora dəstək verməkdə şübhəli bilinən bank hesablarını dondurmuş, İraqa qoşun göndərmiş və bu günə qədər bölgədə ABŞ-ın səylərinə yardım etməkdədir. Konqres isə əksinə, Azərbaycanla münasibətləri çətinləşdirməkdə davam edir”. 

Börns etiraf edir ki, Konqresdə yer alan qərəzli, dar düşüncəli xırda debatlar ABŞ-ı arxaya çəkdiyi halda, Dövlət Departamenti və Azərbaycan Respublikası gələcəyə baxır.

Metyu Brayzanın Azərbaycanla münasibətləri möhkəmləndirmək üçün kifayət qədər təcrübə və iradəyə malik olduğunu bildirən Konrad Börns Senatın xarici münaisbətlər üzrə komitəsinin hər bir üzvünün də bunu yaxşı bildiyini vurğulayır. O, hesab edir ki, senatorlar xüsusi maraq qruplarının yedəyində arxaya baxmaqdansa, gələcəyə nəzər salmalı, Brayza kimi güclü siyasətçilərlər birgə irəliyə addım atmalı, ABŞ, Azərbaycan və bütün Xəzər hövzəsinin ümumi mənfəəti istiqamətində çalışmalıdılar.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI