Azərbaycanda “Gənclər evi”-nin sayı 30-a çatıb. Daha 3 ( Sumqayıt, Qaradağ və Binəqidə) bölgələrində “Gənclərin ev”lərinin inşası başa çatmaqdadır. Bu obyektlər yaxın vaxtlartda istifadəyə veriləcək. Ölkənin ilk “ Gənclərinin Sağlamlıq və İstirahət Mərkəzi” Daşkəsəndə yaradılıb”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Azərbaycanda artıq 30-a yaxın ev tikilib, bölgələrdə də tikintisi davam edir: “Daşkəsəndə belə bir gənclər mərkəzi yarandı. Bu, həm istirahət, həm də sağlamlıq mərkəzidir” Lakin nazir maliyyə ilə bağlı bəzi problemlərin olduğunu da bildirib .Məltəm Talıbzadə