Modern.az

Ermənilər azərbaycanlı girovlara “hökm” oxudular

Ermənilər azərbaycanlı girovlara “hökm” oxudular

Təhsil

29 Dekabr 2014, 17:49

Bu gün Azərbaycanın işğal altındakı torpaqlarında erməni silahlı birləşmələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “hökm” oxunub.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin Xankəndi şəhərindəki “1-ci instansiya məhkəməsi”nin kəlbəcərli girovlar barəsində çıxardığı “hökm”də Dilqəm Əsgərova ömürlük həbs, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib.

Bununla da "məhkəmə" “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu