Modern.az

Oqtay Əsədov yubiley öncəsi “Şərəf” ordeni ilə təltif edildi

Oqtay Əsədov yubiley öncəsi “Şərəf” ordeni ilə təltif edildi

29 Dekabr 2014, 18:09

Prezident İlham Əliyev Milli Məclisin spikeri Oqtay əsədovla bağlı sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Oqtay Sabir oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.

Modern.az-ın məlumatına görə, bir neçə gün sonra - yanvarın 3-də Milli Məclisinin sədri Oqtay Əsədovun 60 yaşı tamam olacaq.

O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-cı ildən parlamentin Sədri vəzifəsində çalışır.
Evlidir, 2 övladı var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama