İcbari tibbi sığorta dövlət sosial sığorta sisteminin ən mühüm tərkib hissəsi olub, xüsusi tibbi və iqtisadi əhəmiyyətə malikdir. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə bu model geniş tətbiq olunaraq uğurlu nəticələr əldə edilib. Onu demək yerinə düşərdi ki, Respublikamızda “Tibb sığorta haqqında” qanun 28 oktyabr 1999-cu ildə qəbul olunub və bununla əlaqədar bir necə vaxtdan sonra daha dəqiq desək 2008-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradılması haqqında Prezident tərəfindən sərəncam imzalanıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməkdən ötrü İcbari Tibbi Sığorta haqqında Tədbirlər planı təsdiq edib.
İcbari tibbi sığortanın həyata keçməsinin gecikməsi məsələnin çox məsuliyyətli və həssas olduğundan xəbər verir. Digər ölkələrin təcrübəsinə nəzər yetirsək görərik ki, bu məsələnin oradada xeyli vaxt aparıb. Lakin buna baxmayaraq çox uğurlu nəticə alinmışdır. Qanunun qəbul olunması zamanı, ölkədə iqtisadi vəziyyət o qədərdə qənaətbəxş deyildi. Amma indiki iqtisadi gücümüz imkan verir ki, bu proqramın həyata keçirmək mümkün olsun. Qafqazın lider dövləti kimi bütün sahələrdə inkişaf getdiyi kimi səhiyyə sahəsində də xeyli irəliləyişlər olub.
Respublikamızda iqtisadiyyatın bütün sahələrində olduğu kimi idarəetmənin səhiyyə sahəsində bu cür islahatlar vacibdir. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsinin tamimilə yenidən qurulmasını özündə ehtiva edir. Burada əsas məqsəd əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, tibbi xidmətlərin ödənilməsi üzrə maliyyə yükünün paylaşdıdırlmasında ədalətliliyin təmin edilməsi və əsas tibbi xidmətlərin universal şəkildə bütün sosial sığortaların əhatə olunması durur. Bu sahədə keçirilən seminar və konfranslarda dəvət olunmuş ölkələrin sığorta təşkilatlarının nümayəndələri əldə etdikləri təcrubələr və qazanılmış naliyyətləri bizimlə bölüşürlər. Dünya təcrübəsi nə deyir?
Məsələn qardaş Türkiyə Respublikasında 30 il axtarışlardan sonra nəhayət, 2003-ildən başlayaraq səhiyyənin maliyyələşdırılməsi və səhiyyə sisteminin geniş miqyaslı islahatları həyata keçirə bilib.Türkiyədə ən həssas təbəqələrin, məsələn özünü maliyə baxımdan təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan səxşlərin və qaçqınların sığorta haqları hökümət tərəfindən ödənilir. Moldova Respublikasında 1998-ci ildə İcbari Tibbi Sığorta haqqında qanun qəbul edilib, amma ayrı- ayrı rayonlarda eksperiment keçirməklə 2004-ilin yanvarın 1-dən ölkə səviyyəsində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Moldova Respublikasında sığorta haqları 8% təşkil edir ki, bunun da 4%-ni işəgötürən və 4% isə işçılər ödəyir. Xorvatiyada səhiyyə sisteminin hüquqi baza çərçivəsi aşağıdakı üç aktdan ibarətdir: Səhiyyə aktı, məcburi tibbi sığorta aktı və xəstələrin hüquqlarının müdafiəsi aktı. Xorvatiyada idarə heyəti Hökümət, Birliklər, peşəkar təşkilatlar və xəstələrin ictimai təşkilatları fəaliyyət göstərirlər. Qonşu Gürcüstanda on beş ilə yaxındır icbari tibbi sığorta tətbiq olunur ki, bu da əhalinin 80%-ni təşkil edir.
Tibbi xidmətlər necə ödənir?
Respublikamızda 2001-2012-ci illərdə ümumi səhiyyə xərcləri demək olar ki, 12 dəfə artıb. Nəticə etibarilə, səhiyyə sahəsində dövlət xərclərinin demək olar ki, 60%-i mərkəzi büdcədən, qalan hissəsi isə yerli büdcədən daxil olur.Azərbaycanda səhiyyə sahəsində özəl xərclər, yəni əhalinin öz cibindən ödədiyi xərclər Avropa regionunda ən yüksək səviyyədə olanlardan biridir və səhiyyə sahəsində ümumi xərclərin 79%-ni təşkil edir. Təqribən 10 xəstədən 7 səhiyyə xidmətlərinin təchizatçısına qeyri-rəsmi vəsait ödəyir bu da regionda ən yüksək göstəricidir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində müalicə müəssisələri yenidən qurulacaq, maliyyələşmə sistemi sığorta haqlarının toplanması nəticəsində formalaşacaq.
Hər bir vətəndaşın imkanı cərçivəsində və seçdiyi müalicə paketi əsasında yüksək keyfiyyətli tibbi yardım alacaq. Buradaaztəminatli ailələr, azyaşlı uşaqlar, pensiyaçılar, məcburi qaçqın və köçkünlər sığorta haqlarından azad olunacaqlar. Digər kateqoriyadan olan şəxslər üçün həm işəgötürən, həm özü və həm də hökümət tərəfindən vəsait ayrılacaqdır.
Seçim xidmətlərin keyfiyyətinə işləyəcək
Qeyd olunmalı məqam ondan ibarətdir ki, burada hər bir şəxs istədiyi müalicə müəssisəsini özü seçə bilir və istədiyi həkimdən tibbi yardım almaq hüquqi vardır.
Dərman vasitələri haqqında qanunda olunan dəyişiklikdə dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsi maddəsi icbari tibbi sığortanın tətbiqi üçün geniş imkanlar açır. Əgər bu dəyışiklik müəyyən güzəştləri (əlavə dəyər vergisi, gömrük rüsumu və marketinq xərcləri) özündə əks etdirərsə, onda əczaçılıq fəaliyyəti ilə məşgul olan sahibkarlar üçün geniş imkanlar yaranacaq. Əhalinin dərman təchizatına tələbatını ödəmək üçün dərman firmaları ölkəmizə bir çox xarici dövlətlərin nüfuzlu zavodlarl ilə sıx əməkdaşlıq edir. Nəzərə alsaq kı, Respublikamız dərman istehsal etmir, qiymətlərin stabil eyni səviyyədə olması çox vacib amildir.
Bununla belə hər bir vətəndaş aptekdən dərman alarkən büdcəsinə çox qənaət etmiş olur. Ancaq yaxşı olardı ki, İcbari tibbi sığorta modeli tam tətbiq olunduqdan sonra dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsi mexanizmi icra olaydı. Respublikamızda qismən də olsa könüllü tibbi sığorta dövlət və özəl təşkilatlarda həyata keçirilir. Nəticə etibarilə apardığımız müşahidələr zamanı ildən-ilə sığorta təşkilatlarına müraciət edənlərin sayı çoxalır. Əhali arasında aparılan sorğu nəticəsində məlum olur ki, icbari tibbi sığortanın tətbiqinə hamı müsbət yanaşır. Hesab edir ki, sığorta təşkilatları cəmiyyətdə öz fəaliyyətlərini ədalətli və şəffaf apardıqları zaman insanlar keyfiyyətli tibbi yardım ala biləcəklər. Əlbəttə ki, həkimlərimizin peşəkarlığı, düzgün diaqnostika-müalicə və dərmanı təyinatı xüsusi əhəmiyyətə malikdir. Bir sözlə icbari tibbi sığorta günümüzün tələbi və insanlarımızın arzusudur.
Nicat Xəlilov
Azərbaycan Tibb Universitetinin doktorantı, Milli Məclisin Sosial Siyasət Komitəsinin eksperti