Modern.az

Prezident icra başçısına “Şöhrət” ordeni verdi

Prezident icra başçısına “Şöhrət” ordeni verdi

Təhsil

29 Dekabr 2014, 22:58

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Alı Nuşrəvan oğlu Alıyev “Şöhrət” ordeni ilə təltif edilsin.

A.Alıyev uzun müddət Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışıb. O, Ali Partiya Məktəbini bitirdikdən sonra, rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
Alı Alıyev uzun müddət Füzuli rayonunda Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb. Daha sonraFüzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində işləyib.
Ölkə başçısının 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu