Modern.az

Təpəgöz və Tartarlar-X

Təpəgöz və Tartarlar-X

30 Dekabr 2014, 00:30

Şumerlər  gildən, daşdan, palçıqdan  evlər  tikərək  ilk  şəhərlər  salmağa  başlamışlar. Astronomiyanın, riyaziyyatın  banisi  də onlardır. Rəqəmlərin  onluq  sistemi --- indiyədək  də  bəşəriyyətin  istifadə  etdiyi, alternativi   təsəvvürə  belə  gəlməyən  bu  yeganə  hesab  sistemi  onların  icadıdır. 9-dan sonra  birinci  tam  10-luq, onun  üstünə  yenə  9  əlavə  etməklə  ikinci  tam  10-luq, sonra  üçüncü, dördüncü ... doqquzuncu  10-luqlar. Rəqəmlərin  dövri  sistemidir  bu, çox-çox  böyük  icaddır, qanan  vaxtdan  ibtidaidən  aliyə  qədər  hər  şeyi  bu  sistemlə  hesablamışıq  deyə  insana  sadə  bir  şey  kimi  görünür. İlkin  vaxtlarda  10-luqlar  “iki  10” ,  “üç 10”,  “beş 10”  və  s.  adlanırdı, dünya  xalqlarına  da  hərəsinin  öz  tərcüməsində  beləcə keçmişdir.

Şumerlər   sonradan  səksənə  qədərki  tam  onluqlara  ayrıca  adlar  da  vermişlər; iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş. Yalnız  səksənlə  doxsanı  adsız  saxlamılar  nədənsə; səksən “səkkiz  on”, doxsan  isə  “dokuz  on”  deməkdir.

(Bu  yerdə  slavyanlar  barədə  kiçik  bir  haşiyə   çıxmaq  da  yerinə  düşər, çünki  Tartariyanın  böyük  bir  hissəsi  indiki  Rusiya  ərazisindədir. Özlərinə  rus   adı  yapışdırmış, qurşaqlarına  qədər  uzatdıqları  saqqalları  Avropalılaşma  kursu  götürən  Birinci  Pyotrun  əmrilə   zorla   kəsdirilərək  mədəni  adam  görüntüsü  verilmiş  bu  insanlar  on  yeddinci   əsrin  sonlarına   qədər  Dəşti-qıpçaq  və  Volqaboyu  bulqar  türklərindən  törədiklərini  yaxşı  bilirdilər. Pyotrdan  iki  yüz  il  əvvəl  ayrı-ayrı  rus  knyazlıqlarını  birləşdirərək  mərkəzləşmiş  rus  dövlətinin  əsasını  qoyan  Üçüncü  İvan , rus   torpaqlarını   genişləndirərək  ilk  rus   çarı  olmuş   nəvəsi  İvan  Qroznı  slavyan  deyildilər, slavyan   millətinə  əsrlərlə  başçılıq   edən  Skandinav  əsilli   Rürikovlar   nəslindən  olan  xalis  “rus”  idilər. Slavyanların  qılıncla  savaşda  heç  bir  işə   yaramadıqlarını bildiklərindən  bu   Skandinav  rusları  orduya  onları  almırdilar, ”kazak”  deyilən  xristian  qıpçaqlardan   qoşun   toplayırdılar, məhz   həmin  qıpçaq  qoşunları  ilə  o  cür  geniş  torpaqlara  sahib  olmuşlar. İvan  Qroznı  müslim   qıpçaqların  xanlığı  olan  Kazan-tatar  xanlığına  xristian  qıpçaqlardan  ibarət  olan  qoşunla  hücum  etmişdi; həmin  qıpçaqlar  da  öz  qan   qardaşlarının  şəhərlərini  viran  qoymuş, əhalini  acımadan  qılıncdan  keçirmişdilər, nəticədə  Kazan  xanlığının  torpaqları   Rusiyaya  qatılmışdı. Yəni  qırılan  da, qıran  da  türkdilli  insanlar  olmuşdular, qazanan  isə  Skandinav  əsilli  rus  çarı, onun  qurduğu  vahid  Rusiya  və  təbəələri  olan   slavyan   milləti. Bu  faciənin  üstündən  yüz  il  keçənə   qədər  də, yəni  ta  Pyotrun   atası  çar  Aleksey  Mixayloviçin   zamanına  qədər  də  bədbəxt  xristian   qıpçaqların   heç  bir  şübhəsi  yox   imiş  ki, onların   qanları   bahasına   qurulmuş   bu  dövlət  özlərinin  dövlətidir, çara   da   “Bəyaz  xan”  deyə    böyük  ehtiram   göstərirdilər. Amma  çar  Alekseyin   zamanında  artıq   xeyli  qüvvətlənmiş, həm   də  artıq   Rürikovlardan  deyil, Romanovlardan  olan   Moskva  çarlığı   birdəncə , təkrar  edirəm, birdəncə  qıpçaqları  bir tərəfə   ataraq   slavyanizmə   meyl   edəndə   qıpçaqlar   aldandıqlarını  anlayırlar.Təbəələri olduqları, inandıqları  “Bəyaz  xan”ın   belə  vəfasızlığından   incik  düşən   qıpçaq  kazaklar  buna   görə  də  ataman   Stepan   Razinin   ətrafında  yumruq   kimi  birləşərək   çarın  dərsini  vermək  üçün   böyük  bir  üsyana  qalxırlar  və  qısa  bir  müddət  ərzində  o  zamankı  Rusiyanın, demək  olar  ki, yarısına  qədərini  özlərinə  tabe  edirlər. Və  Moskva   üzərinə  qəti  hücuma   hazırlaşırlar.  Dövlətin, Moskva  çarlığının  taleyi  tükdən  asılı  bir  hala  gəlir, qəzəblənmiş   qıpçaq   ordusu  önündə   davam   gətirə   bilməyəcəyini  anlayan  çarın   bir  ayağı  qaçaraqda  imiş, Razin  Moskvaya  hücum   edən  kimi  Polşa  tərəflərə  qaçacaqmış. Başqa  çarəsi  də  yox  idi; axı   Razinin   önünə  çıxaraçağı  nizami   ordu  da  əsasən  qıpçaqlardan  ibarət  idi, ona  görə  də  Razinin  ayağı   bir  çox  şəhərlərə   dəyər-dəyməz  nizami  ordu  birlikləri   çarı   buraxıb   öz   qan  qardaşları   tərəfə  keçirdilər. Həmin   o  həyəcanlı  vaxtlarda  çar  son   bir  çarəyə  əl  atır ; hiylə  yolu  ilə  Razini   aradan  götürmək. Bir  gün  Razin  varlı  kazakların   yanına  gələndə  çardan  külli  miqdar  qızıl-gümüş   almış  o  varlılar  onu  xaincəsinə   əsir  edib  Moskvaya, çarın  yanına  aparırlar. Və  ağlasığmaz  işgəncələrdən  sonra  Razin   şaqqalanmaq  yolu  ilə   edam  edilir, üsyan  isə  hələ  bir qədər  də  davam  etsə  də  artıq  sevimli  başçılarını  itirdiklərindən  qıpçaqlar  mövcud   vəziyyətlə  barışmalı  olurlar. Çoxları çarın   onlara   divan   tutacağından  ehtiyatlanaraq   öz  yurd-yuvalarını  tərk  edirlər, bir  qismi  Azərbaycana  pənah   gətirir;  “malokan” ,  “starovertsı”   dediyimiz   ruslar  onlardan  törəyənlərdir.  Bu   dövr  Rusya  tarixinə  “Böyük  Qarmaqarışıqlıq”  /  Velikaya   Smuta /  adı  ilə  keçmişdir. Və  bax  məhz  bu  “qarışıqlıq”  bitdikdən  sonra   rus-slavyanların  öz  əcdadları  olan  qıpçaqlardan  qəti  olaraq  uzaqlaşmaları  başlayır. Məhz  bu  vaxtdan   başlayaraq  slavyanlar  elliklə  “ruslaşma”  yolu  ilə   Avropalı   görünmək  üçün  qıpçaqların  dərin  izlərini öz   tarixlərindən  yorulmadan  silməklə   məşğul  olmağa  başlayırlar. Bunu  yalnız  Pyotrun  Avropaya  pəncərə  açmaq   siyasətinin   tələbi   kimi   anlamaq   düzgün   deyildir. Bu, iki  yüz  ilə  yaxın   bir   müddətdə   slavyanlarla   türkdillilər   arasına   davamlı   olaraq   salınmış  ədavətin   nəticəsi   idi. Ədavəti  salanlar   isə  1453-cü  ildə   İstanbulun   Osmanlılar   tərəfindən  fəthi  ilə  Bizansı   birdəfəlik   itirdiklərindən   kütləvi  halda  Moskva  knyazı  Üçüncü  İvanın  yanına   axışan  yunan  əsilzadələri, din  xadimləri  və  özlərinə  “erməni”   adı  yapışdırmış  haylar  idilər. Sadəcə, həm  Üçüncü  İvanın   zamanında   rus   knyazlıqlarını  birləşdirmək, həm  də  İvan  Groznı  zamanında   müslim   Kazan   türklərinə  hücum  etmək, rus  torpaqlarını  savaşa-savaşa  genişləndirmək  üçün  xristian  qıpçaq  türklərinə  böyük  ehtiyac vardı. Amma  çar  Alekseyin  zamanında   artıq   mərkəzləşmiş  güclü  Rus  dövləti  mövcud  idi, ona  görə  də  indi  artıq  xristian  türklərlə,yəni  Don  kazakları  ilə, Dəşti-qıpçaq   türkləri  ilə  ipləri  qırmaq  olardı. Yəni  həm   çar  İvanuşkaların, həm   çar  Alekseyin, həm   də  oğlu  Böyük  Pyotrun  yunanlara  və  haylara   sevgisi  səbəbsiz  deyildi. Biriləri --- Bizans  taxtından  məhrum    edilmiş  yunan  başbilənləri   onlara   digər  knyazları  vahid   əldə   birləşdirməklə  vahid  dövlət  qurmaq   qaydalarını  öyrətmişdilər, digərləri --- Balkan  qaraçılarının  tör-töküntüləri  olan haylar  isə  amansız  türk düşmənçiliyini.

1613-cü  ildən  ta  1917-ci  ilə  qədər  Rusiya  taxtında  oturan  Romanovlar  məhz  bu  iki  xalis  türk  düşmənləri  olan  xalqların  köməyi  ilə  tatar- qıpçaq  Rusiyasını  slavyan  Rusiyasına  çevirə  bilmişlər.  Amma  xalqların  bəzən  tarixdə  elə  izləri  olur  ki, onları  yaddaşlardan  heç  cür  silmək  mümkün  olmur. Romanovlara  qədərki  Rusiyada  slavyanların  qıpçaqlardan  sonrakı  ikinci  dərəcəli  millət  olduğunu  göstərən  böyük  bir  fakt  var; İvan Qroznıdan  sonra  hakimiyyətə  gətirilən, ulu  babaları  Qızıl  Ordadan, moğallardan  olan  çar  Boris  Qodunov. Rürikovlarla   Romanovlar  arasında  yeddi  illik  qısa  bir  müddətdə  Rus  çarı  olmuş  bu  adamı  Rus  taxtına  qıpçaklar  oturtmuşdular. İvan  Qroznıdan  sonra  çarlıq  etmiş  oğlu  Fyodorun  qızı  Feodosiya  uşaq  ikən  ölmüşdü, Rürikovlar  sülaləsi  bununla  da  bitmişdi, qıpçaqların  çarlığa  gətirdikləri  Boris  isə  Fyodorun  qaynı  idi. Amma   qıpçaqlar  tezliklə  onun  qadın  xislətli  olduğunu  görürlər, ona  görə  də  onu  çarlığa  layiq  bilməyib  istehza  ilə  ona  “Qadın  Boris”  deyirlər. Və  bu  ləqəb  onun  adına  elə  yapışır  ki, çar  Boris  tarixdə  çar  Boris  Qodunov  ( yəni  Qadınov)  kimi  də  qalır. Özünüz  təsəvvür  edin;  o  boyda  ölkənin  taxt-tacına  öz  adamlarını  oturtmaq, xoşları  gəlməyəndə  ona   ləqəb  vermək, hətta  onu familiya  halına  gətirmək  üçün  qıpçaqlar  necə   böyük  hörmətə  layiq   olmalı  idilər!

Qəribə   burasıdır  ki, hakimiyyətin  özəyində  duran  bir  xalqın  digəri  ilə  əvəz  edilməsi  on  yeddinci   əsrdə  Romanovlarla  bir  vaxtda   cənub  qonşuluğumuzda  da  baş  verir. Tatar- səfəvilərin   azəri   hökmdarı  Şah  Abbasın  farslara  olan  aşırı  sevgisi  nəticəsində sarayın  qızılbaş  azəri  əyanları   fars  əyanları  ilə  əvəz  edilir  və  sonunda  Azərbaycan  qızılbaş  dövləti  farsların   əlinə  keçir. Sonralar qısa   müddətə  də  olsa  əfşar  türklərindən  Nadir  şah,  qacar  türklərindən  Ağa  Məhəmməd  şah  bu  tarixi  ədalətsizliyi  aradan  qaldırmışsa  da  iş  işdən  keçmişdi, çünki  Avropalılara  üç  qitədə  hökmranlıq  edən  Osmanlı  ilə  davamlı  olaraq   savaşmaq  üçün   həm  Rusiyada, həm  də  İranda  qeyri-türklərin   hakimiyyətdə  olmaları  hava  kimi, su  kimi   lazım  idi. Bu  gün  ona  görə  də  farslar  Səfəvi   dövlətini  fars dövləti   kimi   qələmə  verməyə  çalışırlar. Bizə  yalnızca  təsəlli  budur  ki, o  dövlətin  adı  nə  yaxşı  ki  dünya  tarixinə   türkcə  “qızılbaşlar  dövləti”  kimi  düşmüşdür.).

Amma  göründüyü  kimi ,  Herodot  tarixi  şumerlərdən  başlamaqla  yarıdan  başlayıb. Məlum  olur  ki, tarix  şumerlərdən  deyil, onların  və  bütün  bəşəriyyətin  dədələri  olan  tartarlardan, yəni  tatarlardan  başlayır. Tatarların   tufandan  sonrakı  bu  bəşəriyyətdə  ulu  babaları  olan  həzrət  Nuhun  isə   oğulları  və  gəlinləri  ilə  birlikdə  gəmidən  enib  ayaq  basdıqları  ilk  torpaq  Naxçıvan  olmuşdur. Demək, tarix  Naxçıvandan, Azərbaycandan  başlayır!!!

Baxın, sevimli  türkdillilərim,  mən  sizə  Dədə  Qorqudla  yanaşı  “Məlikməmmədin nağılı”ndan, ”Təpəgözün   nağılı”ndan  danışdım.  Nağıllara   nağıl  deyib  ötməyimizdən   danışdım. Amma   “Böyük  Tartariya”  ideyasına  nağıl  deyib   keçməyin.  Bu, əsrlər   boyunca  sönmək   bilməyən, bəzən  gizli, bəzən  aşkar   türk  düşmənliyinin   önündə  Çin  səddi  kimi  dayanmış, fantaziyalardan   uzaq, Təpəgözün   zirehi  kimi  möhkəm  bir  ideologiyadır. Türk  düşmənlərinin  bizlərdən  torpaq   tələblərinin, bizlərdən   üstün, ağıllı   olmaq   iddialarının  qarşısına  bundan  da  böyük, bundan  da  təməlli  bir  ideologiya  ilə  çıxmaq  mümkün  deyildir. Çünki  “Böyük  Tartariya”ya   sahib  olmaq  bütün  Yer   kürəsinə  sahib  olmaq   deməkdir. Bu  ideyanın   böyüklüyü  yalnız  Tartariyanın   ərazisində  və  qədimliyində deyil. Xeyr. İdeyanın  böyüklüyü  bəşəriyyəti  vahid  yumruq  kimi  birləşdirə  bilməsindədir. Həm  milli, həm  də  dini  baxımdan. Yəni  Yer   üzündə  nə  ki  millət  var  hamısının   kökündə  vahid  Tartar  / Tatar /  milləti  durur, ona   görə  də   hər  bir  millət,  hər  bir  insan  tatardır. Sadəcə , dillər   müxtəlifdir, kök  isə  eynidir, çünki   hamı  Həzrət  Adəmin  övladlarıdır. Bu, millətlərin   birliyi  məsələsi. Bütün   dünya   təkallahlılarının   birliyi  isə  Qurani-Kərimlə  bildirilmişdir;  bu  səmavi   Kitaba  görə  bütün   əvvəlki  peyğəmbərlər  də, onlara   inananlar  da  Vahid  Allahın  itaətkarı   anlamına  gələn  “müsliman”dırlar. Həzrət  Məhəmmədin  ardınca  gedənlər  “Məhəmmədi  müslimlər”  olduqları  kimi, Tövratın  təhrif  olduğu   zamanlara  qədər  həzrət  Musanın   ardınca  gedənlər  “Musəvi  müslimlər”, İncilin  təhrif  olduğu  zamanlara  qədər  həzrət  İsanın ---Xristosun  ardınca  gedənlər  isə  “Xristian  müslimlər”  olmuşlar. Bu  da  təbiidir, çünki   peyğəmbərlər  də  bu   bəşəriyyət  içindən  çıxdıqları   üçün  hansı  xalq  içində  yaşamalarına   baxmayaraq  bütün  bəşəriyyətindir. Məhz  bütün   bəşəriyyətə  beləcə  milli  və  dini    birliyi  verə  bilmək  baxımından   “Böyük  Tartariya”  ideyası   türkdilli  insanların  indiyədək  ən  böyük  ideyaları  olan  “Böyük  Turan”  ideyasından  da  qat-qat  böyükdür. Çünki  türkçülük  əsasında  yaransa  da  ümumbəşəri  bir  ideyadır. İdeologiyalarının  bundan   da  böyüklüyünü  isbatlamaq  istəyən  millətlər  ilk  insanın  adını  dəyişməkdən  başlamalı  olmalıdırlar;  çünki  “Adam”,  “Adəm”  sözü  tatarcadır, türkcədir.

Qeyri-türklər  bu  ideyanın   ümumbəşəriliyinə  bir  söz  deyə   bilməzlər, amma   “niyə   məhz  türkçülük  əsasında ?”  deyə   bilərlər. Əzizlərim,  axı  biz  türklər  günahkar  deyilik  ki, tufandan   əvvəlki  bəşəriyyətin   dili  olan   tatarcanı  bu   günədək  də   qoruyub  saxlaya  bilmişik. Bir-birimizdən   uzaqlaşmaq   sonucunda  bu  dilə   müxtəlif   çalarlar, müxtəlif  ləhcələr  qatmışıq, amma  dilin  özəyini  qoruyub  saxlamışıq.Yox, əgər  qoruyub   saxlaya bilməmişiksə  niyə  bizə  tartarlar, tatarlar, ərazimizə  Tartariya, Tatariya  deyirsiniz?  Özümüz  tartarıqsa, torpaqlarımız  Tartariyadırsa  dilimiz  də  tartar  dili  olmuş  olmurmu?  Türk  dillərinə tatar  dilləri  özünüz  də  demirsinizmi?

Deyirlər  guya  bir  vaxtlar  dünyada  “Ari”  deyilən   yüksək  mədəniyyətli   xalq  olubmuş, Yer  kürəsinin   bu   başından  vurub  o  başından  çıxırmışlar, qədim   insanlara   mədəniyyət  yayırmışlar. Nə  vaxtdır  alimlər  bu  qeyri-adi  irqin   izini   axtarırlar, tapa   bilmirlər. ”Hansı  xalqın  əcdadları   ola  bilər  o  insanlar?”, deyə  baş   sındırırlar. Nəhayət, bir  çoxları  şumerlərin, skiflərin   üzərində  dayanmağa   məcbur  olmuşlar, çünki   bunlara   qədim  dünyanın   mədəniyyət   daşıyıcıları  deməmək  alim  olmamaq  demək  olar. Bəlli  ki, onlardan  da   üstününü  tapa   bilməmişlər, necə   olsa  da  ”tarix  şumerlərdən  başlayır”. Onlardan  da  üstününü   ona   görə   axtarırlarmış  ki, şumerlərin  də, skiflərin   də  türkdillilər  olmaları  kəsinləşmişdir, sadəcə, qədim  dünyanın   mədəniyyət  məşəlini  onların   əlinə  vermək  qeyri-türklər  üçün   çox  ağır  bir iş  imiş. Amma   tarixi  ələk-vələk  etsələr  də  şumerlərdən, skiflərdən  o  yana   gedə  bilməmişlər. Yorulmayanlar  hələ   də  axtarışdadır. Amma   vallah  boşuna   əməkdir, çünki   “Ari”  adında  heç  bir  millət  olmamışdır. Sadəcə  olaraq, dünyada insana,  adama  “ər”  deyən   millət  olmuşdur  və  bu  millət  bu  kəlməni  öz   dilində  bu  gün də  yaşatmaqdadır .

Bu, türk  millətidir.

Dədələrimiz  yeniyetmələrə  ad   almaları  üçün   “meydanda  hünər  göstər, igidlik, ərlik   göstər” deyərdilər. Rəqibini, düşmənini  məğlub  edən, təbii   ki, igiddir, amma   ərlik  igidlikdən  də  üstün   anlayışdır. Çünki  yalnız  ər  igid  basdığını  kəsməzmiş. Məsələn, Teymurləng   böyük  moğal  xaqanı  Toxtamışın  böyük  ordusunu  yenmişdi, demək  igid  idi, amma  bu  qələbə  çox  çətinliklə  qazanılmasına  baxmayaraq  döyüş  meydanından  qaçmış Toxtamış  bir  müddət  sonra  gəlib  ondan  aman  istəyəndə  Teymurləng  nəinki  onu  əsir etməmiş  və  ya  öldürməmişdi, əksinə,  böyük  bir  qəlblə  onu  bağışlayıb  şərəfinə  böyük  ziyafət  vermiş, üstəlik  ayrılarkən   qoşunundan  bir  bölüyünü  onun  ixtiyarına  peşkəş  vermişdi. Yəni  basdığını  kəsməmişdi, ərlik  göstərmişdi, sözün  təhrif  forması  ilə  desəm,  “arilik”  göstərmişdi. Bir  neçə  il  sonra  Toxtamış  xan  yeni  böyük  ordu  toplayıb  yenə  Teymurlənglə  vuruşmuşdu, amma  yenə  məğlub  olmuşdu. Və  yenə  Teymurləngdən  aman  dilədiyində  Teymurləng  bu  dəfə  də  onu  bağışlamış, şərəfinə   ziyafət  vermiş  və  qoşununun bir   bölüyünü  ona  peşkəş  vermişdi. Bax, ər  igid, ər  insan,  ari  insan  beləsidir. ”Ər”  sözü  ilkin  anlamında  “kamil”,  ”böyükqəlbli”   kimi  başa  düşülürdü. ”Ər  insan”,   yəni  kamil insan. ”Ər  igid”,  yəni  böyükqəlbli, mərhəmətli  igid. ”.Ari”  kəlməsindəki  “i”  hərfi  şəkilçidir, ”ar”  sözünü  isimlikdən   çıxarıb  sifət  halına  salır. Yəni   “ari  insan”   ərə  bənzər,  ər  kimi  olan,  ər  dəmli,  ər  xarakterli  insan  deməkdir.

Görürsünüzmü, bu  dediklərim   nağıl  olmadığı  üçün  yazıma   “Biri  vardı, biri  yoxdu”  ilə   başlamadım. Bitirəndə  də  “Göydən  üç  alma  düşdü”  deməyəcəyəm. Çünki  eradan  qabaq   beşinci   minilliyin   sonlarında   göydən  alma  yox, Təpəgöz   boyda  bir  daş  düşüb  bəşəriyyətin   təpəsinə. Nəticədə  vahid  dildə  danışan  insanları  ayrı-ayrı  xalqlara, ayrı-ayrı  dillərə  böldü   bu  “daş”.  Düşdükdən  iki   min  il  keçəndən   sonra  əsil  ağrısı --- mənəvi  ağrısı   tarixə  həkk  olub  qaldı ;  dünyada  ilk  dəfə  olaraq  məhz  dil  anlaşılmazlığı  üzündən  böyük  bir  tikinti --- Babil  qülləsinin  tikintisi  yarımçıq  qaldı. Diqqət  edin;  hər   iki  hadisənin  --- həm  Altaylardan   müqəddəs  Nuh  məkanına  köç  etmənin, həm  də  Babil  qülləsinin  tikintisinin   məqsədi  eynidir. Allah  Təalaya  yaxın  olmaq!  Hər  ikisi  türklərin  işidir  və  hər  ikisində  də  Allah  Təala  insanları  cəzalandırmışdır. Birinci  əməlin  cəzası  göydən  gətirilib  tullanılan  Təpəgözlə  verilmişdir. İkinci  əməl  isə  Təpəgözlə  verilən   cəzanın   nəticəsi  ilə cəzalandırılmışdır.

Bəs  niyə  cəza  verilmişdir? Allah  Təalaya  yaxın  olmaq  istəmək  günahdırmı?

Xeyr. Əksinə, bu  istək   dünyanın  ən  gözəl  istəyidir. Amma  yalnız  ağıl  və  qəlb  vasitəsilə  Ona  yaxın  olmaq  olar. Heç  bir  yerə  getmədən  də, heç  bir   hündürlüyə  qalxmadan  da, durduğun  yerdəcə  Allah  Təalaya  yaxın  ola  bilərsən, əgər  ağlın  və  qəlbin  gözü  ilə  haqqı  görmüsənsə. Yəni  Allah  Təala  onları  köç  etdiklərinə  və  ya  uca  bir  qüllə  tikdiklərinə  görə  deyil, niyyətlərinə  görə  cəzalandırmışdı. Yoxsa   hər   köçetməyə  görə  cəza  verilmiş  olsaydı  dünyada  Təpəgöz  əlindən  durmaq   mümkün  olmazdı, itə  daş  atsaydın  Təpəgözə  dəyərdi. Kolumbdan   sonra   Amerikaya  top-tüfənglə   köçüb  bədbəxt   hinduları vəhçicəsinə  soyqırımına  uğradaraq   torpaqlarına   sahiblənən  ispan-ingilis-fransız-holland-portuqal  amerikanların  qabağına  Təpəgöz  yox, Təpəgözün  dədəsi  çıxmalı  idi. Və  ya  hər  qüllə  tikintisi  üçün  cəza  verilmiş  olsaydı  dünyadakı  bütün   məlum   qüllələr  yarımçıq  qalmalıydı.

Deyərsiniz  bəs   niyə  nağıllarda  həmişə  göydən  bir  yox, üç  alma  düşür? Əzizlərim, eradan  əvvəl  üçüncü  əsrdə   Makedoniyalı  İskəndərin  şərqə  müzəffər  yürüşləri  nəticəsində  İran, İraq, Anadolu, Qafqaz  ərazilərində  yunan-ellin  mədəniyyəti  yayılmağa  başlayır. Sonra  onları  həmin  bu  mədəniyyətin  güclü  təsiri  altında  olan   romalılar  əvəz  edirlər. Və  ta  eramızın  yeddinci  əsrindəki  ərəb  istilalarına  qədər  Qafqaz  ərazisi  Bizansla  Sasanilərin   boğuşması  üçün  yağlı  əppəyə  çevrilir. Yəni  tam   min  il  müdətində qoca  Qafqaz  səmasına  yunan-ellin   mədəniyyəti  dumanı  qarışır. Ərəb  istilalarından  sonra  Bizans  Azərbaycana  girə   bilməmişsə  də   Səlcuqluların   onları  Kiçik  Asiyadan  qovmasına  qədər  qonşuluqda  --- Anadoluda  qalmışlar  və  yeddincı  əsrdən  etibarən  Bizanslıların  nəinki  mədəniyyətləri, hətta  dövlət  dilləri  də  yunan  dili  olmuşdur. Yunan  mifologiyasında  isə , qeyd  etdiyim  kimi, Yer  kürəsinə  bir  deyil, üç  Təpəgözün  atıldığı  deyilir. Görünür   nağılların  sonunda  uşaqlara  “Göydən  üç  Təpəgöz  düşdü, biri  sənin, biri  mənim, biri  də  nağıl  deyənin”  desələr  uşaqların   matdım-matdım  onlara  baxacaqlarını  nəzərə  alıb  üç  Təpəgözü  Heraklın  Atlantın  bağından  oğurladığı  üç  alma  ilə  əvəz  etmişlər. Xeyr, xeyr, narahat  olmayın, o  almalar  bizim  üçün  əsla  oğurluq  sayıla  bilməz, çünki  öz  bağımızdandı, halalca  malımızdı. Belə  ki  o  almaların  vətəni  bizm  Məlikməmmədin  padşah  dədəsinin  bağı  olub. Heraklın  “alma  oğurluğu”  qəhrəmanlığı  “Məlikməmmədin  nağılı”nın  yunanların  fantaziya   süzgəcindən  süzülmüş  variantı  olduğu  üçün  bilmək  lazımdır  ki, o  almaları  əvvəlcə   yunanlar  Məlikməmmədin  dədəsinin  bağından  oğurlayıb  aparıblar  Atlantın  bağına. Qafqazdan  arqonavtların  oğurladıqları  yun  dəriyə  “qızıl  yun  dəri”  dedikləri  kimi  o  almalara  da  “qızıl  alma”  deyiblər. Dərdləri  azarları  qızıl  olub  yəni. Başqaları  da  özlərindən  ibrət  alıb  oğurlamasın  deyə  yanlarına  da  divlərdən  keşikçilər  qoyublar. Sonralar  Herakl  o  keşikçilərə   qalib  gəlib  almalara   sahib  olur, yəni  türkün  halalca  malına  yenə  türk  sahiblənir; axı  Herakl  skiflərdən  idi, yunan  deyildi, yəni  o  da  Məlikməmməd  kimi, onun  padşah  dədəsi  kimi  türkoğlu   idi.

Qeyd   edim  ki,  yunanlar  dədələrimizin  bağından    “oğurladıqları”  almaları  aparıb  elə  türk  bağına  da  qoymuşlar, belə  ki  Atlant  deyilən  varlıq  Prometeyin  doğmaca  qardaşıdır  və  yunan  tanrılarının  nəsil  şəcərəsinə  görə  bu  qardaşlar  Yafətin  oğullarıdırlar. Yafətin  qardaşı  isə  ildırım  tanrısı  Zevsin  atasıdır,  Atlantın  bağındakı  almalara  sahiblənən  Heraklın  babasıdır,   göylər  tanrısı  Krondur. Yəni  Herakl  türkoğullarının  dədəsi  Yafətin  qardaşı  nəvəsidir. Başqa  cür  mümkün  də  deyil. Demirəmmi  bəşəriyyətin  ilkin  çağlarında  Yer  üzünün  sakinləri  yalnız  biz  türklər, tartarlar  olmuşuq?

Heç  ağılla  düşünməzmisiniz?

 son

Mirzə Hacıyev

***

Təpəgöz və tartarlar-I
//modern.az/articles/69329/1/ 

Təpəgöz və tartarlar-II
//modern.az/articles/69368/1/

Təpəgöz və tartarlar-III
//modern.az/articles/69384/1/

Təpəgöz və tartarlar-IV
//modern.az/articles/69517/1/

Təpəgöz və tartarlar-V
//modern.az/articles/69583/1/

Təpəgöz və tartarlar-VI
//modern.az/articles/69649/1/

Təpəgöz və tartarlar-VII
//modern.az/articles/69724/1/

Təpəgöz və tartarlar-VIII
//modern.az/articles/69766/1/

Təpəgöz və tartarlar-IX
//modern.az/articles/69771/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI