Modern.az

ABŞ Dövlət Departamenti “Azadlıq” radiosunun Bakı ofisinin bağlanmasından narahatdır

ABŞ Dövlət Departamenti “Azadlıq” radiosunun Bakı ofisinin bağlanmasından narahatdır

30 Dekabr 2014, 09:41



“Amerikanın Səsi”nin məlumatına görə, ABŞ Dövlət Departamentində dünən keçirilən gündəlik brifinqdə departamentin sözçüsü “Azadlıq” radiosunun Bakı bürosunun bağlanmasına münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Jeff Ratke bildirib ki, ABŞ Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatdır.

O, dövlət katibi Con Kerrinin dekabrın 21-də prezident İlham Əliyevlə telefon danışığında bu məsələni qaldırdığını deyib.
Departament sözçüsü deyib ki, “Azadlıq” radiosunun ofisinin bağlanmasından, radionun mülklərinin müsadirəsindən, əməkdaşların yerli hüquq-mühafizə orqanlarıda sorğu-sual edilməsindən ciddi narahatdırlar.

“Biz yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqlarını qorumaq üçün ATƏT və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Bu kontekstdə prezident Əliyevin bu gün imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyi hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu