Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında dünən imzaladığı sərəncamının icrasına başlanılıb.
Modern.az saytı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə istinadən xəbər verir ki, əfv olunan məhkumların azadlığa buraxılması qısa zamanda başa çatdırılacaq.
Xatırladaq ki, sərəncam ümumilikdə 87 nəfərə şamil olunub.
Modern.az