Modern.az

Milli Məclisin payız sessiyası başa çatdı, deputatlar tətilə getdilər

Milli Məclisin payız sessiyası başa çatdı, deputatlar tətilə getdilər

30 Dekabr 2014, 14:28


Milli Məclisin bugünkü iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib.

Modern.az-ın verdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan dünya arenasında özünə layiqli yer tutub. Onun sözlərinə görə, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda lider ölkəyə çevrilib.

Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis 2014-cü il ərzində 286 qanun layihəsi qəbul edib.

Beləliklə, Milli Məclisin payız sessiyası başa çatıb. Bununla da deputatlar qış tətilinə çıxıblar.

Aqşin KƏRİMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama