Azərbaycanı "Eurovision-2008" yarışmasında təmsil etmiş 27 yaşlı müğənni Elnur Hüseynov Türkiyənin TV-8 kanalında yayımlanan "O səs Türkiyə" mahnı müsabiqəsindəki möhtəşəm çıxışını davam etdirib.
Modern.az-ın məlumatına görə, dekabrın 31-nə keçən gecə “O səs Türkiyə” yarışmasının növbəti mərhələsi keçirilib. Elnur Hüseynov Ümit Tuğrul Şen adlı ifaçı ilə Ebru Gündeşin komandasında növbəti dueti təşkil edib. Münsiflər heyətində əyləşən Ebru Gündeş "O səs Türkiyə"də yoluna Elnurla davam etmək istədiyini élan edərək, həmyerlimizi növbəti mərhələyə çıxarıb.
Həmin duetin çıxışını təqdim edirik.