Bu yaxınlarda “Turkish Fashion Day” çərçivəsində Bakıda podiuma çıxan model Günay Musayeva təşkilatçılıq edəcək.
Modern.az saytı xəbər verir ki, bu ilin aprelində Türkiyədə yaşayan azərbaycanlı model Bakıda Bakıda təşkil olunacaq moda nümayişində iştirak edəcək. Günay həm də sözügedən dəfilənin təşkilatçısı olacaq. Həmyerlimiz Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayrukun geyımlərindən ibarət şou təqdım etməyı planlaşdırır.
Bakıda gözlənilən həmin nümayişdə Günayla yanaşı, Türkıyənin tanınmış modelləri də iştirak edəcək.
Qeyd edək ki, Yıldırım Mayruk ötən həftə Bakıda təşkil olunmuş Turk Fashion Day çərçivəsində öz geyımlərini sərgiləməliydi. Lakin nümayişə bir gün qalmış siyasi səbəblərdən dəfilədən kənarlaşdırılmışdı. Günay Musayevanın fikrincə, bu heç də haqlı addım deyil.
Bu səbəbdən də apreldəki tədbirdə türk modasının canlı əfsanəsi Yıldırım Mayrukun geyimlərindən ibarət nümayişi təşkil etməyi düşünür.
Modern.az saytına məlum olub ki, Yıldırım Mayrukun ötən həftə Bakıda təşkil olunmuş tədbirdən kənarlaşdırılması heç də siyasi səbəblərlə bağlı deyil. Təşkilatçıların Yıldırım Mayruku Bakıya gətirməkdən imtina etməsi onun erməni kökənli olması ilə bağlı ziddiyətli məlumatlardır. Ehtimal olunur ki, Yıldırım Mayruk haqqında ziddiyətli məlumatlardan dolayı təşkilatçılar onunla bağlı belə qərar veriblər. Amma modelyerin birmənalı olaraq erməni kökənli olması təsdiqlənməyib.
Modern.az