Edirnə vilyatətinin qubernatoru yerli məmurlara dövlət müəssisələrində kabinetləri ikinci, yaxud üçüncü mərtəbələrdə yerləşən qulluqçulara liftdən istifadəni qadağan edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qayda əlil və yaşlı insanlardan başqa həmin müəssisələrə gələn vətəndaşlara da aiddir.
Bu qadağaya hər bir dövlət müəssisəsində xüsusi qaydada nəzarət ediləcək. Regionun rəhbəri bu orijinal üsulla vətəndaşların sağlamlığını yüksəltmək qərarına gəlib. Türkiyə Səhiyyə Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, ölkə sakinlərinin 30 faizə yaxını artıq çəkidən əziyyət çəkir. Bundan əlavə, liftdən istifadədən imtina elektrik enerjisindən istifadəyə görə ödənilən kommunal xərcləri də azaldacaq.
Modern.az