Modern.az

Bakı-Şamaxı yolunda ağır qəza - 6 nəfər öldü

Bakı-Şamaxı yolunda ağır qəza - 6 nəfər öldü

Təhsil

4 Yanvar 2015, 20:45

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanvarın 4-də Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobili ilə 1990-cı il təvəllədlü  Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobili toqquşub. Yük maşınının “Mercedes”in üzərinə aşması nəticəsində hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:34-də başa çatıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu