Modern.az

Bayram günlərində yol qəzasında 23 nəfər ölüb, 84-ü yaralanıb

Bayram günlərində yol qəzasında 23 nəfər ölüb, 84-ü yaralanıb

Təhsil

5 Yanvar 2015, 10:45


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərində baş verən yol-nəqliyyat hadisələri zamanı 23 nəfər ölüb.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 31-dən yanvarın 5-dək ölkə ərazisində 60 yol qəzası qeydə alınıb. Baş verən qəzalar nəticəsində 23 nəfər ölüb, 84 nəfər yaralanıb. Qəzaların əksəriyyəti sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verib.(Trend)  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu