Modern.az

“Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır”

“Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır”

Təhsil

5 Yanvar 2015, 11:34


“İstərdim ki, Dağlıq Qarabağ məsələsilə bağlı iqtidarla müxalifət arasında Milli Məclisdə dinləmələr olsun və burada bütün güc nazirlikləri iştirak etsin. Bu il qəbul olunması nəzərdə tutulan layihələr əslində təqdim olunub. Amma başqa təkliflər də ola bilər”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Fərəc Quliyev deyib.

“Burda əsas məqsəd isə Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyinin mövqeyini bilməkdir. Ölkədə iqtidarla müxalifət arasında dialoq başlayıb. Ortaq bir memorandum hazırlanmalı və Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır. O da Dağlıq Qarabağ məsələsinin həllini nədə görməyimizlə bağlı olmalıdır. Sevindirici haldır ki, Dağlıq Qarabağ məsələsinin həlli yolunda iqtidarla müxalifət arasında fərqlilik görünmür. Ana prinsip olaraq həll yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Elə bir memarandum hazırlaya bilərik ki, həm müxalifət iqtidarın məsələni fərqli şəkildə həll etməyəcəyinə, həm də iqdidar müxalifətin bundan sui-istifadə etməyəcəyinə əmin olsun. Həm də xaricdən basqılar olanda iqtidar deyə bilsin ki, qərarı bir tək olaraq verməyib. Müxalifətlə də danışmaq lazımdır. Bu yeni ildə danışıqlarda ölkəmizə hər hansı basqılar olarsa, vəziyyətdən çıxmalıyıq. Azərbaycan daha gözləyə bilməz, bu məsələni savaş yolu ilə olsa da həll etməliyik. İkinci bir tərəfdən, istərdim ki, Azərbaycan büdcəsi neftin hesabına formalaşmaqdan daha çox, qeyri-neft sektoru hesabına formalaşan büdcəyə çevrilməlidir. Bu yolla da normal şəkildə iqtisadiyyatın diversifikasiyasına nail olaq. Çünki, siyasi təzahürlərlə neftin qiymətinin düşməsilə bağlı Azərbaycan anormal vəziyyətlə üzləşməsin. Rusiyadan qayıdan soydaşlarımızla bağlı olaraq da qanun layihəsi qəbul olunmalıdır ki, onlar Azərbaycan iqtisadiyyatına inteqrasiya olunsunlar. Bu istiqamətdə müzakirələrin olmasını arzulayıram. Gürcüstanlı soydaşlarımızın ölkəmizə gəlib-getməsilə də əlaqədar olaraq miqrasiya qanununda qanunun qəbulu lazımdır ki, ikili vətəndaşlıq olmasa da, hər hansı statusla onlar əcnəbilərdən fərqlənsinlər. Arzulayıram ki, müəllim və həkimlərin əmək haqlarının artırılması istiqamətində də yenilik etmək imkanlarımız olsun. Minimum əmək haqqına da düzəlişlər olmalıdır. Bu sadaladığım məsələlər içərisində Qarabağ məsələsi üzrə dinləmələrin keçirilməsini daha önəmli sayıram”. 

Rüfət

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu