Modern.az

Rusiyada yaşayan azərbaycanlı ailəsində dəhşətli faciə - hamilə qadını güllələdilər

Rusiyada yaşayan azərbaycanlı ailəsində dəhşətli faciə - hamilə qadını güllələdilər

Təhsil

5 Yanvar 2015, 11:54

Yanvarın 3-də Rusiyanın Nijni Novqoroqd şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Modern.az saytı “azerrosn.ru”ya istinadən xəbər verir ki, 49 yaşlı şəhər sakini Vitali Denisov hamiləliyinin son həftəsində olan qonşusu Oksana Quliyevanı tüfəngdən açdığı atəşlə qətlə yetirib. Məlum olub ki, faciədən öncə 40 yaşlı Oksana Quliyeva binanın pilləkənlərində spirtli içki qəbul edən qonşusundan səs-küy salmamasını xahiş edib. Bu xahişdən qəzəblənən Denisov isə qonşusunun evinə hücum etsə də, qapını qıra bilməyib. O bununla da sakitləşməyib və evindən götürdüyü ov tüfəngi ilə Quliyevanın yaşadığı mənzilin qıfılına atəş açıb. Bu zaman qapının arxasında dayanan Oksana Quliyeva güllə yarası alıb və həkimlərin gəlişinə qədər dünyasını dəyişib. Həkimlər 2 azyaşlı övladı olan qadının hamiləliyin son həftəsində olduğunu müəyyən edib.

Xatırladaq ki, öldürülən Oksana Quliyevanın həyat yoldaşı azərbaycanlı Rasim Quliyevdir.

Modern.az

                         

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu