ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində Qarabağla bağlı açıqlama verib. Həmsədr 2015-ci ilin Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində dönüş ili olacağını vurğulayıb.
Politoloq Vəfa Quluzadə Modern.az-a açıqlamasında amerikalı həmsədrin məsələyə bu cür münasibət sərgiləməsinə belə aydınlıq gətirib: “Cənab Uorlikin Qarabağ məsələsinin həll olunmasına bu dərəcədə əminliklə yanaşmasının səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, 2015-ci ildə Rusiya imperiyası çökəcək və bu çöküş də Qarabağ məsələsinin sülh yolu ilə tezliklə həll edilməsinə imkan verəcək. Yoxsa, Qarabğ məsələsinin başqa yolu yoxdur.Digər tərəfdən, Rusiya Azərbaycana təzyiq göstərmək üçün qoşunların təmas xəttində ermənilərin vasitəsilə müxtəlif provakasiyalar təşkil edir. Bu təhlükənin mövcudluğu Uorliki narahat edir”.
Namidə BİNGÖL