Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə xəbərlər təkzib edilib.
“Belə məlumatlar tamamilə əsassızdır”, - keçmiş nazirin yaxınlarından biri Turan-a bildirib. “Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”, - mənbə dəqiqləşdirib.
Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.
“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.
S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə isnadla yayılıb.
Modern.az