Modern.az

Qubad İbadoğluna İTTİHAM: “Rifah” adında partiya var, “Rifah” adında hərəkat kimə lazımdır?"

 Qubad İbadoğluna İTTİHAM: “Rifah” adında partiya var, “Rifah” adında hərəkat kimə lazımdır?"

Təhsil

5 Yanvar 2015, 12:51


Qubad İbadoğlu ötən il Müsavat başqanı Arif Hacılıdan narazı qalan qüvvələrin iştirakı ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı  yaratdı. Artıq hərəkatın rəhbərliyində təmsil olunan şəxslərin bölgələrdə müsavatçılarla görüşləri də başlayıb. Rayonlarda hərəkatın təşəbbüs qrupları yaradılır. Qeyd edək ki, Azərbaycanda Sosial Rifah adında partiya da var.

“Kim hansı partiya, hərəkat istəyir yaratsın, amma hələ bilmirəm ki, onların yaratdıqları hərəkat qeydiyyatdan keçib, ya yox. Çünki Sosial Rifah Partiyası var və bu partiya xalqa xidmət edir. Onlar “Rifah” adını siyasiləşdirirlər. “Rifah” adında partiya var, “Rifah” adında hərəkat kimə lazımdır?”

Bunu Modern.az saytına Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, deputat Xanhüseyn Kazımlı onların partiyasının adı ilə oxşarlıq təşkil edən hərəkatın yaranmasına münasibət bildirərkən deyib.  

Xanhüseyn Kazımlı bildirib  ki, 1992-ci ildən Azərbaycan Sosial Rifah Partiyası xalqa xidmət edir: “Bu partiya nə iqtidarın, nə də müxalifətin ideyaları ilə razılaşır. ASRP Azərbaycanın qüdrətli dövlətə, varlı vətəndaşlar diyarına çevrilməsi uğrunda həmişə mübarizə aparıb.  Son 20 ildəki irəliləyişlər göz qabağandadır.  Partiya özünəməxsus proqramla fəaliyyət göstərir”.  

Onun sözlərinə görə, hərəkat qeydiyyatdan keçərkən  müvafiq qurumlar bu məsələyə diqqətlə yanaşmalıdır: “Çünki artıq belə bir partiya  var”.  

Məltəm Talıbzadə        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu