Qubad İbadoğlu ötən il Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalan qüvvələrlə birgə elan etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı artıq rayonlarda təşəbbüs qruplarının yaradılması fəaliyyətinə başlayıb.
“Artıq Salyan rayonunda təşəbbüs qrupu yaradılıb. Ən azı 30 rayon təşkilatında təşəbbüs qruplarının yaradılması gözlənilir. Çalışırıq ki, Azərbaycanın ən azı üçdə birini əhatə edək”.Bunu Modern.az saytına hərəkatın fəaliyyətindən danışan hərəkatın təşkilat komitəsinin rəhbəri Qubad İbadoğlu deyib. Onun qeyd etdiyinə görə, hərəkatın bölgələrdə deyil, Bakının rayonlarında da təşəbbüs qrupları yaradılacaq.
Hərəkatın partiyaya çevrilmə ehtimalına gəldikdə, o, qeyd edib ki, əsas məqsədləri hərəkat kimi fəaliyyət göstərməkdir.
Məltəm Talıbzadə