Yanvarın 3-də Şamaxı rayonunun Çuxuryurd kəndində Nisə Bayramova dərman və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də Gəncə şəhərində yaşayan Rəfayel Quliyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Yanvarın 2-də Sumqayıt şəhərində yaşayan İnqilab Şükürov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 3-də orada ölüb. Yanvarın 3-də Xəzər rayonunun Şağan qəsəbəsində yaşayan Suriyyə Əliyeva, yanvarın 4-nə keçən gecə Gəncə şəhər sakini Nərmin Quliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.Modern.az