Modern.az

Türk diplomatları güllələyən qatil tutuldu

Türk diplomatları güllələyən qatil tutuldu

Təhsil

5 Yanvar 2015, 13:43

Yunanıstanda türk diplomatlara sui-qəsd təşkil edən “17 Noyabr” təşkilatının gizlənən qatili Christodoulos Ksiros Afinada tutulub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki. qatil tanınmamaq üçün saçlarını sarıya boyadıbmış.
Afinanın Anavisos səmtində antiterror əleyhinə əməliyyat aparanlar tərəfindən tutulan  Ksiros keçən il Milad bayramı səbəbindən aldığı icazə sonrası həbsxanaya dönməyib.
Polisdən verilən açıqlamada onun saç və saqqalını uzatdığı, eynək taxdığı bildirilib. Qatil tutulanda üstündə silahı da olub.

 “17 Noyabr” terror təşkilatının 1991-1994-cü illərdə  həyata keçirdiyi terror zamanı Türkiyənin Afinadakı səfirliyinin əməkdaşlarından Çetin Görgü və Ömer Haluk Sipahioğlu həyatını itirib, səfirliyin məsləhətçisi Deniz Bölükbaşı, administrator atteşe Nilgün Keçeci və sürücü Adil Yıldırım yaralanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu