Modern.az

Milli Ordunun Horadiz əməliyyatının 21 illliyi qeyd edilib

Milli Ordunun Horadiz əməliyyatının 21 illliyi qeyd edilib

Təhsil

5 Yanvar 2015, 14:57



Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 21 ili tamam olur. Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib.
Bu gün Horadiz şəhərindəki Bayraq Meydanında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi əməliyyatın 21 illiyi qeyd olunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev başda olmaqla tədbir iştirakçıları Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. 

Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ali Baş Komandan Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib. Alı Alıyev qeyd edib ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Ermənilərin ermənilərin Beyləqana hücumunun qarşısı alınıbvə Milli Ordumuz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad edib. 

- Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

İcra başçısı bildirib ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 minə yaxın insan yaşayır.

“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınıb, Horadizə şəhər statusunun verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam imzalayıb”.

Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib. 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu