Modern.az

Mərkəzi Elmi Kitabxananın köçü hələ də bitməyib

 Mərkəzi Elmi Kitabxananın köçü hələ də bitməyib

Təhsil

5 Yanvar 2015, 16:45

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi davam edir.

Kitabxananın işçi personalından ibarət qrup xüsusi nəzarət altında, təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır. Digər bir qrup isə yeni binaya daşınmazdan əvvəl köhnəlmiş kitabların bərpa olunmasını təşkil edir. Kitabların yeni binaya aparılması prosesi onlara yeni inventar kodları və elektron çiplər vurularaq davam etdirilir.

Modern.az xəbər verir ki, bu günədək köçürülən 143000-dən çox kitab inventarlaşdırılıb. Nadir kitablar fondundan köçürülmə artıq tamamlanıb. Ümumi fond, Şərq ədəbiyyatı fondu və  Mübadilə fondundan köçürülmə prosesi isə davam edir.

Qeyd edək ki, AMEA-ın əsas binasında yerləşən Mərkəzi elmi Kitabxana üçün ayrlca bina inşa edilib.  

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu