Modern.az

Bakıda 216 sərxoş sürücü saxlanılıb

Bakıda 216 sərxoş sürücü saxlanılıb

Təhsil

5 Yanvar 2015, 18:06


“Bakıda dekabrın 31-dən yanvarın 4-nə qədər 16 yol qəza hadisəsi baş verib. Nəticədə 7-si piyada olmaqla 9 nəfər ölüb, 30 nəfər xəsarət alıb”.

Bu haqda Modern.az saytına  Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bayram günlərində 5800 mindən artıq inzibati cəza protokolu tərtib olunub:

“Onların 216 nəfəri sərxoş olub,  95 nəfər işıqforun qırmızı işığında keçib”.

Vaqif Əsədov deyib ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər arasında qadınlar da olub.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu