Modern.az

Akif Məcidoğlu, 60-ın mübarək! - III yazı - FOTOLAR

Akif Məcidoğlu, 60-ın mübarək! - III yazı - FOTOLAR

5 Yanvar 2015, 21:50


60 yaşın son akkordları. Akif piano arxasında bu akkordları vuraraq, şəkil də çəkdirib.

Onunla düz 11 il bir yerdə işləyib, onun altı ilini çörəyimizi bir yerdə yemişik. Daha doğrusu bölmüşük. O məni, mən də onu çox gözəl tanıyıram. İnanmıram ki, ailəsindən savayı onu mənim qədər yaxından tanıyan olsun. Təmiz adamdır. Əliyevlər ailəsinə yaxın olmasıyla həmişə fəxr edir. Tamerlan Əliyev, Gülarə Əliyeva haqqında xatirələri həmişə dilindədir. Atası Məcid kişinin Əziz Əliyevlə əmiuşağı olmasını çoxları bilir.

Ürəyi ilə dilinin arasında bir millimetr də olsa məsafə yoxdur. Ona görə də onunla dostluq etmək çox çətindir. Deyəcək, deyəcək, ta ürəyini boşaldanacan. Çox bic adamdır. Çünki ən böyük biclik – düzlükdür. Ürəklə dilin vəhdətidir.

Yaxşı insandır. Yaxşılıq eləməyi xoşlayır. Kim yanaşırsa həmən əli telefon dəstəyinə uzanır. Kömək edə bilsə də, bilməsə də. Kömək edə bilməyəndə vəzifəli adama elə sözlər yağdırır ki, ona müraciət edənlərin də ürəyindən tikan çıxır. Kömək etməyi bacaranda isə uşaq kimi sevinir.

Ruzusu ayağındadır. Sadəcə evdən eşiyə çıxmağı bəs edər. Gülərüzdür, qılıqlıdır. Qadın opponentləri daha tez yola gətirə bilir, nəinki kişiləri. Kübardır. Məclisdə oturuşunu da, duruşunu da bilir. Son dəblə, əndrabadi geyinməyi xoşlayır. Oğlanlarını çox istəyir. Həyat yoldaşını Həqiqət xanımı isə onlardan yox, dünyadan da çox sevir. Nəvələrini bilmirəm. Çünki əlaqələrimiz kəsilib. Amma iki yüz faiz bilirəm ki, daş qayaya rast gəlib. Onlara çətin dinə. Leksikonundakı “gözəl” sözlərdən çətin işlədə.

Onun 60 illik yubileyi ilə bağlı 3-cü – final yazımda yenə hansısa sərgüzəştləri dilə gətirmək istədim. Amma dayandım. 70-ə, 80-ə, 90-a, 100-ə də bir şey saxlamalıyam, ya yox?! Şair Əhməd Cəmilin diliylə desəm, “Hamısını bu gün desəm, xatirə qalmaz sabaha”. Ona görə də sözü fotolara verdim. Çox deyil bu fotolar. Hamısını versək yer çatmaz. Həm də o biri yubileylərə də nəsə qalmalıdır, ya yox? Özümün və dostlarımın adından sadəcə bir söz demək istəyirəm: Akif, 60 yaşın mübarək!!!!!!!!!!!!




























Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi