Modern.az

MSK bu məntəqədə keçirilən bələdiyyə seçkisini etibarsız saydı

MSK bu məntəqədə keçirilən bələdiyyə seçkisini etibarsız saydı

Təhsil

5 Yanvar 2015, 23:48


Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Media və ictimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. 

Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.  

Komissiya üzvlərinin müzakirəsindən sonra 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu